Əsas Səhifə > Siyasət / Manşet > İNDİDƏN İKİ GƏNC DEPUTATIN В«KİTABI BAĞLANDIВ»

İNDİDƏN İKİ GƏNC DEPUTATIN В«KİTABI BAĞLANDIВ»


25-08-2012, 12:15
İNDİDƏN İKİ GƏNC DEPUTATIN В«KİTABI BAĞLANDIВ»

CEYHUN OSMANLI İLƏ FUAD MURADOV BİR DAHA MANDAT ALA BİLMƏYƏCƏK

DİA.AZ: - Son zamanlar hakimiyyətə aid gənclər düşərgəsində ciddi bir silkələnmə müşahidə olunmaqdadır. Söhbət В«İrəliВ» İctimai Birliyi ətrafında yaşanan qalmaqaldan gedir. Belə ki, Rauf Mərdiyev adlı şəxsin В«İrəliВ»yə rəhbər gətirilməsinin ardından iqtidarın əsas gənclər təşkilatı kimi tanınan В«İrəliВ» ilə bağlı mətbuata müxtəlif məlumatlar ötürülməyə başlayıb.

Təşkilat daxilində ciddi narazılıqların olması faktdır. Ən azından açıqlanan məlumatların daha çox В«İrəliВ»nin mətbəxinə aid olması belə deməyə əsas yaradır. Digər yandan, В«İrəliВ» qarışıq, digər iqtidaryönlü gənclər təşkilatlarının kuratorluğu ilə bağlı məsələnin yenidən gündəmə gətirilməsi və bu müstəvidə Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanovun proseslərdən təcrid olunması hakim düşərgənin gənclərlə bağlı siyasətinin yeni məcraya yön almasını anons etməkdədir.

DİA.AZ-ın əldə etdiyi məlumatlardan isə aydın olur ki, В«İrəliВ»də baş verən daxili gərginliyin səbəbkarlarının araşdırılması üçün В«yuxarıdanВ» verilən təlimata uyğun olaraq aparılan araşdırmalar zamanı ortaya ilginc faktlar çıxıb: В«Məlum olub ki, bu işdə birbaşa olaraq В«İrəliВ»nin sabiq şefi, gənc millət vəkili Ceyhun Osmanlı maraqlı tərəf kimi çıxış edir. Doğrudur, bu gün Ceyhun Osmanlı ilə digər gənc deputat Fuad Muradovun münasibətlərində gərginlik var, amma buna rəğmən В«İrəliВ»nin içdən qarışdırılmasında ikinci maraqlı fiqurun məhz Fuad Muradov olduğu təsbit edilibВ».

Mənbəmizin sözlərinə görə, bu kimi fəaliyyətləri səbəbindən hər iki gənc deputat ciddi şəkildə xəbərdarlıq alıb: В«Hətta onlara açıq şəkildə bildirilib ki, bir daha mandat ala bilməyəcəklərВ».

Geri qayıt