Əsas Səhifə > Güney Press / Araşdırma > NƏDƏN В«AZƏRBAYCANВ» ADI?

NƏDƏN В«AZƏRBAYCANВ» ADI?


24-04-2012, 13:37
NƏDƏN В«AZƏRBAYCANВ» ADI?

TÜRK CÜMHURİYYƏTİNƏ BU ADIN VERİLMƏ TARİXİ

XIX əsrin sonu, XX əsrin əvvəllərindən etibarən В«AzərbaycanВ» anlayışı ilə əlaqədar vəziyyət xeyli dərəcədə dəyişməyə başladı. Belə ki, bu dövrdə bəzi ziyalılarımız tərəfindən В«AzərbaycanВ» anlayışının yeni məna kəsb etməsi istiqamətində müəyyən addımlar atıldı: В«AzərbayВ­canВ» adlı qəzetin nəşrinə cəhd göstərildi (Ünsizadə qardaşları); Qafqazın cənub-şərq hissəsinin В«AzərbaycanВ», Qafqaz müsəlmanlarının В«azərbaycanlı-türkВ», dilinin В«Azərbaycan-türk diliВ» adlanması qeyd edildi (M.Şahtaxtlı); В«Azərbaycan türklərinin ədəbiyyatıВ» adını daşıyan ilk kitab nəşr olundu (F.Köçərli); eləcə də В«türk millətiВ», В«azərbaycanlıВ» (В«KəşВ­külВ»-Ünsizadələr), В«Azərbaycan türkləriВ» (Ə.HüseynВ­zadə), В«Azərbaycan sadə türkcəsiləВ» (Ü.Hacıbəyli), В«AzərВ­baycan (türk) arvadlarıВ» (Y.V.Çəmənzəminli), В«türk AzərВ­baycan qəВ­zetiВ», В«azərbaycanlı-türkВ», В«AzərВ­bayВ­can türk muxtariyyətiВ» (M.Ə.Rəsulzadə) və b. istilahВ­lar günВ­dəВ­mə gətirildi.

XIX əsrin sonlarında M.Şahtaxtlı yazırdı ki, ZaqafqazВ­iya müsəlmanları etnik mənşə və dil etibarilə nə tatar, nə də fars amili ilə bağlıdır, onlar türkdürlər-Azərbaycan türkləri: В«GünВ­dəlik həyatВ­ımızda xalqın adını və dilinin adını iki sözlə ifadə etmək rahat deyil: məsələn azərbaycanlı türk və yaxud azərbaycanlı türk dili. Ona görə də Zaqafqaziya müsəlmanВ­larını azərbaycanlı, Zaqafqaziya türk dilini isə tatar dili əvəzinə Azərbaycan dili adlandırmaq məqsədəuyğun olarВ­dıВ».

В«AzərbaycanВ» anlayışı ilə bağlı kəskin dönüş isə birinci Dünya müharibəsi illərində (1914-1918) baş verdi. Bu dövrdə В«AzərbaycanВ» anlayışının tamamilə yeni siyasi-ideoloji prinsipləri işlənib hazırlandı. Xüsusilə, M.Ə.Rəsulzadə 1917-ci ildə yazdığı bir neçə məqaləsində Cənubi-Cərqi Qafqazın da tarixən В«AzərbaycanВ» adlanması fikrini irəli sürdu və müdafiə etməyə başladı.

Ancaq В«AzərbaycanВ» leksik vahidinin hüquqi və siyasi-ideoloji məna daşımasının səbəbi 1918-ci ildə Cənubi QafВ­qazda qurulan yeni tipli dövlətlərdən birinin В«Azərbaycan CümВ­huВ­riyyətiВ» adlanması olmuşdur. Halbuki, AzərВ­bayВ­can CümВ­huriyyətinin qurucusu və ideoloqu M.Ə.RəВ­sulВ­zadənin də qeyd etdiyi kimi I Dünya müharibəsindən əvvəlki rəsmi coğrafiyaya görə Azərbaycan, Şimali İranda mövcud olan Təbriz ilə ətrafına deyilmişdir. O, daha sonra yazır: В«Hərbdən və böyük Rusiya inqilabından sonra dilВ­lərВ­də dolaşan Azərbaycan hazırda Azərbaycanın şimaВ­lınВ­da Cənubi-Şərqi Qafqasiya qitəsindən ibarətdir ki, mərkəzi BaВ­kıdır. Azərbaycanlılar milliyyət etibarilə türk, din etibaВ­riВ­lə islam, mədəniyyəti-əsasiyyə etibarilə şərqВ­liВ­dirВ­lərВ». Deməli, В«AzərbaycanВ» anlayışı yalnız birinci Dünya müharibəsi dövründə, xüsusilə 1918-ci ildə Azərbaycan Cümhuriyyətinin yaranması ilə В«tarixi-coğrafiВ» anlamdan kənara çıxaraq siyasi-ideoВ­loji məna kəsb etmişdir. В«Tarixi-coğrafi AzərbaycanВ» anlayışının siyasi-ideoloji məna kəsb etməsi nəticəsində də В«AzərbayВ­can türk millətiВ», В«Azərbaycan türk xalqıВ», В«AzВ­ərВ­baycan türk diliВ», В«Azərbaycan türk dövlətiВ» və b. istilahВ­lar istər ölkə daxilində, istərsə onun xaricində siyasi və hüquqi staВ­tus qazanmağa başlamışdır


Geri qayıt