Əsas Səhifə > Gündəm / Manşet > В«AZƏRSUВ» RƏHBƏRLİYİ MƏHKƏMƏYƏ VERİLİR
В«AZƏRSUВ» RƏHBƏRLİYİ MƏHKƏMƏYƏ VERİLİR15-04-2012, 12:13 |
![]() В«YERLİ MƏHKƏMƏLƏR İŞ GÖRMƏSƏ, AVROPA MƏHKƏMƏSİNƏ ŞİKAYƏT EDƏCƏYİKВ» DİA.AZ: - Bu gün Bakının ən acınacaqlı istiqamətlərindən olan Səbayelin Bayıl qəsəbəsinin sakinləri yenə də kommunal xidmət problemləri üzündən etiraza qalxıblar. Bu barədə redakiyamıza məlumat verən Bayıl sakinlərinin sözlərindən belə aydın olur ki, işıq və təbii qazın verilməsində problemlər o qədər də intensiv olmasa da, su təminatında məsələ ciddi həddə çatıb. Qeyd edək ki, В«AzərsuВ» hər zaman hansısa ərazinin suyunu kəsməyə hazırlaşdıqda ya qabaqcadan məlumat verir, ya da qəzanın baş verdiyi baədə açıqlama yaır. Amma nədənsə belə bir xoşbəxtlik Bayıl sakinlərinə nəsib olmur və tez-tez sularının kəsilməsində В«AzərsuВ»ya şikayətlənən vətəndaşlara hətta В«AzərsuВ»nun В«qaynar xəttВ» adlandırdığı xidmətdən də çox sərt cavablar verilir. Ki, bu da artıq vətəndaşları çilədən çıxarıb. DİA.AZ-a bu barədə şikayətlənən qəsəbə sakinlərinin sözlərinə görə, artıq В«AzərsuВ» rəhbərliynin bu kimi davranışlarından cana doyublar: В«Bu gün səhər saatlarından da qəsəbənin suyunu kəsiblər. İstirahət günüdür. Hər kəs bu gün evində dincəlmək, hətta hamamlanmaq istəyir. Amma В«AzərsuВ»nun kəramətindən belə bir xoşbəxtliyi yaşaya bilmirikВ». В«Başa düşürük, В«AvroviziyaВ» millətin canından daha əzizdir, amma bizi də iynənin ucu qədərində düşünsələr, yaxşı olarВ» şəklində açıqlama verən Bayıl sakinləri onu da bildirdilər ki, artıq imza toplayırlar və В«AzərsuВ» rəhbərliyini, xüsusən də qurumun sədri Qorxmaz Hüseynovu məhkəməyə verməyə hazırlaşırlar: В«Daha əsəblərimiz də dözmür və Avropa İnsan Haqqları Məhkəməsinə qədər şikayətimizin davasını aparacaıq. Biz istəməzdik ki, hansısa xarici məhkəmədə dövlətimizlə üz-üzə gələk. Amma nə edək ki, Qorxmaz Hüseynov kimi yarıtmaz məmurlar bizi belə bir addımı atmağa vadar edirlərВ». Geri qayıt |