Əsas Səhifə > Güney Press / Üçüncü sektor > HANSI SİLAHLA SİLAHLANIRIQ?

HANSI SİLAHLA SİLAHLANIRIQ?


27-03-2012, 13:45
HANSI SİLAHLA SİLAHLANIRIQ?

ALDIĞIMIZ SURSATIN TAM SİYAHISI AÇIQLANDI

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SİPRİ) dünya ölkələrinin silah ixrac və idxalını əks etdirən hesabatını açıqlayıb. APA-nın SİPRİ-nin saytına istinadən verdiyi məlumata görə, hesabatda Azərbaycanla bağlı məlumatlar da yer alıb.

Hesabatda Azərbaycanın 2008-ci ildən başlayaraq İsraildən hərbi texnika aldığı qeyd olunub.

SİPRİ-nin sənədində yer alan məlumatlara görə, Azərbaycan İsraildən 2008-ci ildə 10, 2011-ci ildə 2 ədəd В«Hermes-450В» tipli pilotsuz uçuş aparatı (PUA), həmçinin Azərbaycanda yığılmaqla 10 ədəd В«AerostarВ» tipli PUA (2010-cu ildə) alıb. 2011-ci ildə tərəflər arasında imzalanmış və dəyəri 1,6 milyard ABŞ dolları təşkil edən müqavilə çərçivəsində Azərbaycana 1 ədəd В«Barak-8В» sistemi və 75 ədəd В«Barak-8В» raketi, 1 ədəd EL/M-2080 Green Pine radarı, gəmilərə qarşı açıqlanmayan sayda В«Gabriel-5В» qanadlı raketi, 5 ədəd В«HeronВ» tipli, 5 ədəd В«SearcherВ» tipli PUA satılıb.

Cənubi Afrika Respublikası (CAR) ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda 2009-2011-ci illərdə 25 ədəd В«MatadorВ» və 25 ədəd В«MarauderВ» tipli minaya qarşı qorumalı nəqliyyat vasitəsinin yığımı həyata keçirilib. 2011-ci ildə isə 30 ədəd В«MatadorВ» və 30 ədəd В«MarauderВ»in yığımına başlanıb.

Bu çərçivədə 2009-2010-cu illərdə В«MatadorВ» və В«MarauderВ» tipli zirehli nəqliyyat vasitələri üçün ABŞ-dan 50 ədəd В«Cummins-6VВ», 2011-ci ildə isə 60 ədəd В«Cummins-6VВ» dizel mühərriki alınıb.

Türkiyə ilə imzalanmış və dəyəri 30 milyon dollar təşkil edən müqavilə çərçivəsində bu ölkədən 2010-2011-ci illərdə 60 ədəd В«CobraВ» tipli zirehli personal daşıyıcı, həmçinin ROKETSAN şirkəti ilə imzalanmış müqavilə çərçivəsində 2011-ci ildə 30 ədəd 107 mm-lik özüyeriyən reaktiv atəş kompleksi alınıb.

Bundan başqa, Rusiyadan 2010-cu ildə 2 divizion, 2011-ci ildə isə 1 divizion S-300 PMU В«FavoritВ» zenit-raket kompleksi, 2010-cu ildə bu kompleks üçün 75 ədəd, 2011-ci ildə 37 ədəd 48N6E2/SA-10E raketi alınıb. 2010-cu ildə Rusiya ilə 24 ədəd Mi-35M tipli helikopterin və 60 ədəd Mi-8MT/Mi-17/Hip-H tipli helikopterin satın alınmasına dair müqavilə bağlanıb. Müqavilə çərçivəsində ötən il 4 ədəd Mi-35 və 23 ədəd Mi-8MT/Mi-17/Hip-H tipli helikopter ölkəyə gətirilib.

Azərbaycanın bundan başqa, 2011-ci ildə Ukraynadan R-2 tipli tank əleyhinə raket aldığı hesabatda qeyd edilib.

Geri qayıt