Əsas Səhifə > --- > İnterpolun axtardığı azərbaycanlı Gürcüstanda saxlanıldı
İnterpolun axtardığı azərbaycanlı Gürcüstanda saxlanıldı10-08-2025, 14:32 |
Gürcüstanın Marneuli rayonunda 1986-cı il təvəllüdlü R.A. adlı Azərbaycan vətəndaşı saxlanılıb. "DİA-AZ" Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib. Məlumata əsasən, mütəşəkkil dəstəyə üzv olmaqda və sağlamlığa zərər vurmaqda təqsirli bilinən həmin şəxs 2013-cü ildən Azərbaycan tərəfindən İnterpolun “qırmızı bülleten”i ilə axtarışdadır. Hazırda saxlanılan şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş ekstradisiyadan öncəki prosedurlar həyata keçirilir. Geri qayıt |