Əsas Səhifə > Gündəm / Manşet > “ÇAKIR” YENİDƏN MEYDAN SULAYIR
“ÇAKIR” YENİDƏN MEYDAN SULAYIR31-01-2012, 13:39 |
![]() QARADAĞIN İCRA BAŞÇISININ QOÇULARI SAHİBKARLARA DİVAN TUTUR DİA.AZ: - Qaradağ rayonunun icra hakimiyyətini başçısı Süleyman Mikayılovu cəmiyyət arasında В«Qurdlar VadisiВ» filmindəki obrazlardan biri В«ÇakırВ»a bənzədirlər. Doğrudur, Süleyman Mikayılov heç də təsəvvürlərdə müsbət qəhrəman kimi xarakterizə olunmur və ona bu adı daha çox kriminal olaylara meyilli olması səbəbindən veriblər. Elə redaksiyamıza daxil olan işkayət məktubunda da icra başçısının kriminal ünsürlərlə ortaqlığından danışılır. Bir qrup sahibkarın eyni zamanda Prezident Administrasiyasına, Respublika Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə ünvanladıqları şikayət məktubunda deyilir: В«Qaradağ rayonu ərazisində qoçuluq edərək ayrı-ayrı daş karxanası sahiblərinə divan tutan bu üç şəxs icra hakimiyyətinin işçiləri Rasim, Elbrus və SefulladırВ». Daha sonra sahibkarlar bildirirlər ki, adları çəkilən RİH əməkdaşları Qaradağ rayonu ərazisində yerləşən daş karxanalarına gələrək sahibkarlara hədə-qorxu yolu ilə haqq qoyurlar. Sanki qoçuluq zəmanəsidir və ölkədə qanunlar işləmir. Sahibkarlar deyir: В«Karxana ərazisində işlədilən hər kombayna görə 2-3 min manat arası pul tələb edirlər. Soruşanda ki, bu pulu hansı səbəbə görə verməliyik, cavab olaraq Rasim, Elbrus və Seyfulla bildirirlər ki, В«yadınızda deyil, 5 a əvvəl 10 min manat verdiniz, hələ biz insaflıyıq, indi 2-3 min manat istəyirikВ» deyə bildirirlərВ». Sahibkarların sözlərinə görə, В«ÇakırВ»ın qoçularına В«biz heç dövlətin vergisini verə bilmirikВ» dedikdə onlar belə cavab veriblər: В«Əşi, vergini ödəmək vacib deyil, əsas bizim haqqımızı verinВ». Daha sonra şikayət məktubunda deyilir: В«Onların bu əməlləri birbaşa olaraq prezident İlham Əiyev cənablarının korrupsiyaya qarşı mübarizə siyasətinə ziddir. İcra hakimiyyəti isə yerlərdə prezidenti təmsil edir. Bu da o deməkdir ki, onlar təmsil etdikləri ünvana xəyanət edirlər. Biz həmin şəxslərə bildirəndə ki, əməllərində müvafiq dövlət qurumlarına şikayət edəcəyik, bizə bildirirlər ki, korrupsiya-filan qurtarıb və bu qanunlar Qaradağ rayonuna aid deyilВ». Şikayətçilər onu da bildirirlər ki, onlar eyni məsələ ilə bağlı aidiyyatı orqanlara şikayət ediblər: В«Qeyd edək ki, həmin şikayət ərizələrimizlə bağlı yerli qurumlar tərəfindən çağrılaraq müxtəlif hədə-qorxu və təzyiqlərə məruz qalmışıq. Sonra da bizi şikayətimizi geri götürməyə vadar ediblər. Sizdən xahiş edirik, imdad diləyirik. Bu işin tez bir zamanda araşdırılması və istintaqın yerli qurumlara deyil, daha üst səviyyədə aparılmasına göstəriş verəsiniz. Və təqsirkarlar yalnız bu yolla cəzalana bilərВ». Mövzu diqqətimizdədir… Geri qayıt |