Əsas Səhifə > Cəmiyyət / Manşet > TAĞI ƏHMƏDOVUN İDARƏSİ QARŞISINDA ETİRAZ AKSİYASI
TAĞI ƏHMƏDOVUN İDARƏSİ QARŞISINDA ETİRAZ AKSİYASI30-10-2013, 11:10 |
![]() В«GÜNDƏM XƏBƏRВ» QƏZETİ QADAĞADAN GİLEYLİDİR DİA.AZ: - Məlum olduğu kimi, Bakı Metropolitenindəki satış nöqtələrində bəzi qəzetlərin satışına qadağa qoyulub. Və günü bu gün də qadağanın səbəbləri ilə bağlı doğru-dürüst izahat verilməyib. Həmin qadağadan əziyyət çəkən qəzetlərdən biri də В«Gündəm XəbərВ»dir. Redaksiyadan DİA.AZ-a verilən məlumatda deyilir ki, dəfələrlə Metropoliten rəhbərliyi ilə əlaqə saxlamağa çalışsalar da, izahat almaq istəsələr də, alınmayıb: В«Biz də artıq redaksiya olaraq etiraz aksiyası keçirmək qərarını vermişik. Sabah saat 12.00-da Bakı Metropoliteninin binası - Tağı Əhmədovun В«mənzil-qərargahıВ» qarşısında etiraz aksiyası keçirəcəyik. Çalışacağıq ki, oxucularımızı da bu aksiyaya cəlb edə biləkВ». В«Gündəm XəbərВ»in təsisçisi Şirin Cəfərinin söylədiklərinə görə, bununla yanaşı, onlar oxucuları ilə birgə metronun ayrı-ayrı stansiyalarında qəzetlərinin satışını təşkil etməyi də düşünürlər: В«Bu barədə də qərar vermişik. Və özümüz öz qəzetimizi metroda satacağıqВ». Geri qayıt |