Əsas Səhifə > Hadisə > VASİF TALIBOVUN XANƏDANINDAN YENİLİK

VASİF TALIBOVUN XANƏDANINDAN YENİLİK


20-01-2012, 13:23
VASİF TALIBOVUN XANƏDANINDAN YENİLİK

NAXÇIVANDA “CİP” BURAXILACAQ

Naxçıvan Avtomobil Zavodunda (NAZ) В«cipВ» avtomobillərin – В«Lifan SUVВ» modelinin istehsalına başlayıb.

Bu barədə В«APA-ECONOMICSВ»ə zavodun direktoru Musa Allahverdiyev bildirib. Onun sözlərinə görə, В«Lifan SUVВ» krossoverləri 1,8 litr həcmli 133 at gücündə mühərriklə təmin olunub və 100 kilometrə 8 litr yanacaq işlədir.

Zavod direktoru krossover üçün mühərrikin həcminin kiçik olmadığını bildirib. Onun sözlərinə görə, avtomobilin banı (kuzası) yüngül olduğuna görə, bu həcmdə mühərrik kifayət edir. Avtomobilin sürəti 170 kilometrə çatır.

Yeni avtomobillər В«Avro-3В» standartlarına cavab verir, bu ilin sonunadək isə onların avro-4 standartlarına keçməsi planlaşdırılır. В«Lifan SUVВ» krossoverlərinin qiyməti 13-14 min manat arasındadır və 2 illik kreditlə almaq mümkündür.

Paralel olaraq müəssisədə indiyədək buraxılan В«Lifan 320В» və В«Lifan 620В» avtomobillərinin avtomat sürətlər qutusu ilə istehsalına başlanacaq. Sürətlər qutusunun mexanikidən avtomata dəyişməsi bu modellərin qiymətini təqribən 800-1000 manat artmasına səbəb olacaq.

Musa Allahverdiyevin sözlərinə görə, bu il zavodda bütün növlər üzrə təqribən 1000 avtomobilin buraxılması planlaşdırılır, lakin tələbat böyük olsa, istehsal həcmi arta bilər: В«Zavodun istehsal gücü normal rejimdə ildə 5 minədək, ikinövbəli rejimdə isə 10 min avtomobilin buraxılmasına imkan verirВ».

Hazırda zavod rəhbərliyi NAZ-da buraxılan avtomobillərinin xarici ölkələrə – Türkiyə və Qazaxıstana ixracı ilə bağlı danışıqlar aparır.


Geri qayıt