Əsas Səhifə > Ölkə / Manşet > В«ONLARA DİŞLİ MƏTBUAT ÇOX MANE OLURВ»

В«ONLARA DİŞLİ MƏTBUAT ÇOX MANE OLURВ»


27-09-2011, 17:08
В«ONLARA DİŞLİ MƏTBUAT ÇOX MANE OLURВ»

MƏTBUATA QARŞI HÜCUMLARIN ARXASINDA ƏLİ HƏSƏNOV DAYANIR

DİA.AZ: - Son günlər ayrı-ayrı media quruluşlarına qarşı iqtidarın müəyyən qanadları tərəfindən hücumlar artıb. Halbuki buna qədər elə bir rəy formalaşdırmağa çalışırdılar ki, artıq iqtidar cinahının mətbuatla bağlı sərt davranışları yığışdırılacaq və bundan sonra 4-cü hakimiyyətlə 1-ci hakimiyyətin münasibətlərinin yaxşılaşdırılması yönündə addımlar atılacaq.

Hətta bildirilirdi ki, bu müstəvidə özünü o qədər də doğrultmayan Mətbuat Şurasının fəaliyyətində də dəyişikliklər planlaşdırılır. Amma bunların heç biri baş vermədi. Eynulla Fətullayevi beynəlxalq təşkilatların təzyiqləri qarşısında azadlığa buraxmalı olan iqtidar boş qalmış В«jurnalist kameralarınınВ» doldurulması yönündə əməlli-başlı canfəşanlıq etməkdədir.

Artıq В«XuralВ» qəzetinin əməkdaşı Aydın Canıyev gülünc və qondarma ittihamla azadlıqdan məhrum edilib. Oxşar təhlükə В«Gündəm XəbərВ» qəzetinin təsisçisi Şirin Cəfərini də gözləyir. В«Yeni MüsavatВ» qəzetinə qarşı da Müdafiə Nazirliyinin iddiası var. Bütün bu faktlar isə mətbuata qarşı yeni hücum planının təzahürü kimi qəbul edilməkdədir.

Bununla bağlı В«DünyaВ» İnformasiya Agentliyi redaksiyasına (diaaz.space) danışan hökumət içindəki mənbə bildirir ki, əslində bu gün mətbuata qarşı açılan savaşın arxasında hakimiyyət yox, hakim komandaya aid müəyyən qruplaşma dayanır: В«Bu qruplaşma dəfələrlə ümumiqtidar maraqlarını, habelə Azərbaycanın dövlət maraqlarını təhlükə altında qoyub. Dəfələrlə bu qruplaşmanın mətbuata qarşı aqressivliyinin bədəlini hakim düşərgənin tamamı ödəmək məcburiyyətində qalıbВ».

Mənbə bildirir ki, həmin qruplaşma Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin qruplaşmasıdır: В«Mehdiyevin bu yöndə əsas icraçısı isə PA-nın şöbə müdiri Əli Həsənovdur. Hər halda, Mehdiyevin bu işlərdən xəbəri olmamış deyil. Əgər belə olsaydı, Əli Həsənovun Mətbuat Şurasının və ayrı-ayrı qurumların əli ilə mətbuata qarşı nümayiş etdirdiyi aqressiv siyasət durdurulardıВ».

Digər iriranqlı məmurların mətbuatla konfliktdə maraqlı olmadıqlarını bildirən mənbəmiz onu da vurğuladı ki, hər halda, bütün bu baş verənlərə prezidentin müdaxiləsi mütləq olacaq: В«İlham Əliyev mətbuatla bağlı bütün addımlarında səmimiyyət nümayiş etdirib. Evsiz jurnalistlərin probleminin həlli üçün ayrılan 5 milyon manat vəsait də bu səmimiyyətin təzahürüdür. Amma buna baxmayaraq, bu gün nə həmin puldan xəbər var, nə də evdən. Pul ayrılsa da, məhz sözügedən qruplaşma həmin vəsaiti ayrı-ayrı xarici banklarda dövriyyəyə buraxaraq, qazanc əldə edirlər. Onlara təbii ki, belə olan təqdirdə dişli, tənqidçi mətbuat çox mane olurВ».


Geri qayıt