Əsas Səhifə > Ölkə > “YAZIBLAR Kİ, PREZİDENT GÖL QIRAĞINA OVA GEDİB”

“YAZIBLAR Kİ, PREZİDENT GÖL QIRAĞINA OVA GEDİB”


26-12-2011, 14:41
“YAZIBLAR Kİ, PREZİDENT GÖL QIRAĞINA OVA GEDİB”

ƏLİ HƏSƏNOV “AZADLIQ”A İLİŞDİ

В«Gündə yüz adam tədbir, məclis keçirir. Kiminsə tədbirinin necə keçməsinin hakimiyyətə nə aidiyyəti var?В».

Bunu dekabrın 26-da Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov В«Media forumВ» saytının В«AzadlıqВ» qəzetinin yubiley məclisinin yarımçıq qalması haqda sualına cavab verərkən deyib.

Prezident Administrasiyasının rəsmisi hesab edir ki, В«AzadlıqВ» qəzetinin yazdıqlarının əksəriyyəti böhtandır, yalandır:

В«Cənab prezident İlham Əliyev dekabrın 24-də cəbhə bölgəsinə səfər edib, məcburi köçkünlər üçün salınan qəsəbənin açılışını edib. В«AzadlıqВ» qəzetinin bu səfərlə bağlı yazdığı məlumata baxın. Yazıblar ki, prezident göl qırağına ova gedib. Kostyumda, qalstukda ova gedirlər? Sadəcə, adam bu qəzetə deməyə söz tapmır. Ayıbdır!.. Belə qəzetin işığını da söndürərlər, hələ o yana da keçərlərВ».

Ə.Həsənov bildirib ki, В«AzadlıqВ» qəzetinin belə yalanlar yazmasına baxmayaraq, dekabrın 25-də qəzetin keçirdiyi tədbirin yarımçıq qalmasında hakimiyyətin heç bir rolu olmayıb:

В«Bu qəzetin yazdıqlarının hamısına şübhə ilə baxıram. Bu qəzetin yazdıqlarının əksəriyyəti, xüsusən də prezidentlə bağlı yazdıqlarının hamısı səhv, yalan və böhtandırВ».

Bu il В«AzadlıqВ» qəzetinin 22 yaşı tamam olur. Bu münasibətlə dekabrın 25-də qəzet rəhbərliyi təxminən 150 nəfəri В«QızıltacВ» restoranına dəvət edib. Amma tədbir başladıqdan təxminən 15 dəqiqə sonra işıqlar söndürülüb.


Geri qayıt