Əsas Səhifə > Siyasət / Manşet > QƏRBDƏN BAKIDAKI RUS XƏTTİNƏ ŞOK ZƏRBƏ GƏLİR

QƏRBDƏN BAKIDAKI RUS XƏTTİNƏ ŞOK ZƏRBƏ GƏLİR


10-06-2013, 10:47
QƏRBDƏN BAKIDAKI RUS XƏTTİNƏ ŞOK ZƏRBƏ GƏLİR
BAŞLADI: KREMLƏ QULLUQ EDƏNLƏRİN BANK HESABLARINA HƏBS QOYULUR

DİA.AZ: - Prezident seçkiləri yaxınlaşdıqca siyasi münasibətlərdəki həyəcan da artmaqdadır. Artıq hər iki cinahda yeniliklər yetərincədir. Amma əsas oyunlardan biri də hakimiyyət daxilində cərəyan etməkdədir. Bu barədə DİA.AZ-a danışan iqtidardakı mötəbər mənbə iddia edir ki, hətta münasibətlərdəki şiddət 2005-ci ilin 17 oktyabr hadisələrinin təkrarlanması ilə müşaiyət oluna bilər. Xatırladaq ki, həmin zaman iki nüfuzlu nazir və onlarla məmur həbsə atıldı, işdən çıxarıldı.

Məlumatı verən mənbənin söylədikləri: В«Yenə də ənənəvi Qərb-Şimal toqquşması davam edir. Hakimiyyət daxilindəki Rusiyayanlısı olan qüvvələr xüsusi olaraq fəallaşıblar və bu gün rəsmən onların əlinə oynayan müxalifətin yaratdığı şəraitdən istifadə edərək mövqelərini diqtə etməkdədirlər.

Buna qarşılıq olaraq isə В«AvroatlantikaВ» tərəfdarları В«AvrasiyaВ»çıların qarşısına yalnız beynəlxalq maliyyə qurumlarının basqıları ilə çıxmağı düşünürlərВ».

Mənbəmiz bu arada maraqlı bir faktı da açıqladı: В«2005-ci ildə özünü В«Qərbin adamıВ» hesab edən və 2007-ci ildəki məhkəmə istintaqı zamanı В«Məni В«Qərbin adamıВ» olduğuma görə həbs etdilərВ» deyən Fərhad Əliyev kimiləri həbs olundusa, bu dəfə sonradan В«Məni В«Rusiyanın adamıВ» olduğuma görə vurdularВ» deyəcək şəxslər üçün arzuolunmaz günlər gözlənilirВ».

Mənbəmiz iddia edir ki, artıq Qərbə aid siyasi çevrələr Azərbaycan hakimiyyətində təmsil olunan və Rusiya xəttində əyləşən onlarla məmura aid gizli bank hesablarının kəşfiyyatı ilə məşğuldur: В«Bu yoxlama sifarişinin Bakıdan verilib-verilmədiyi məlum deyil. Amma maraqlı orasıdır ki, həmin bank hesablarından bəziləri artıq dondurulub. Və elə bu səbəbdən sözügedən addımı hakimiyyət daxilindəki Rusiya yanlılarına basqı kimi də dəyərləndirmək olarВ»+

DİA.AZ-a gələn məlumatlarda o da qeyd olunur ki, seçkilərə qədər Rusiyaya canişinlik edənlərə qarşı daha sərt addımların atılması da planlaşdırılır: В«Kimiləri vəzifədən alınacaq, kimiləri də məhbəsə gedəcək. Bu qarşısı alınmaz prosesdir. Və bu prosesə В«Qərbin Rusiyadan 2005-ci ilin qisasını almasıВ» adını da qoymaq olarВ».

Geri qayıt