Əsas Səhifə > Siyasət / Manşet > AZƏRBAYCANA QARŞI RUS-FARS İTTİFAQI

AZƏRBAYCANA QARŞI RUS-FARS İTTİFAQI


16-12-2011, 11:31
AZƏRBAYCANA QARŞI RUS-FARS İTTİFAQI

TEHRAN VƏ MOSKVANIN İRƏVAN ÜZƏRİNDƏN GİZLİ PLANLARI

DİA.AZ: - 15 ildir fəaliyyət göstərən İranın В»İran and CaucasusВ» mərkəzi Ermənistanla stratreji müqavilə imzalayıb. Hər iki dövlət Azərbaycanda milli azlıqlara siyasi, hüquqi və digər sahələrdə dəstək verməklə В»etnik konfliktlərВ»in dərinləşdrilməsi üçün birgə hərəkət edəcəklər. Bu iki dövlət arasında imzalanan anlaşmalarda ilkin addım olaraq birgə В»talışşünaslıqВ» layihələrində iştirak etmək üçün hərəkətə keçilməsi yer alıb. Erməni tərəfi Azərbaycanla bağlı akademik tədqiqlatların aparılmasını təklif edib. Bu proyektə İrəvan Dövlət Universiteti, Elmlər Akademiyası Şərqsünaslıq İnstitutu və digər qurumlar da qatılıblar.

İranın В»Qafqazda fars mənşəli xalqlarla birgə fəaliyyət proqramınaВ» görə irəli sürdüyü təkliflərə ermənilərə məxsus В»ARMACADВ» (В»Erməni Akademik Araşdırmaları və Əlaqələri AssosiasiyasıВ») və В»Türkiyə, İran və Qafqaz Araşdırmalar MərkəziВ» də bu prosesdə birgə hərəkət edəcək.

İranla yanaşı ermənilərə məxsus В»Modus VivendiВ» fondu bu proyektlərə maliyyə dəstəyi verilməsi üçün müvafiq qərarını vermişdir. Fondun proyektlərinə Azərbaycan, İran, Ermənistan, Kanada, ABŞ, rusiya və digər dövlətlərdən alimlər də cəlb olunub. İlkin addım kimi В»Talış Mədəniyyətinin Araşdırılması na başlanıb. Erməni iranşünaslarıВ» ac qalmamaq üçün həvəslə bu proyektdə iştirak edirlər. Çünki В»Modus VivendiВ»nin maliyyə dəstəyi onların maddi cəhətdən həvəslənməsinə səbəb olmuşdur. Bu fondun layihələrinə rusiyadakı erməni alimləri, eləcə də В»Talış Milli Muxtariyyəti - Mədəniyyət MərkəziВ», В»Talış Akademik Tədqiqatlar MərkəziВ» və digər qurumlar da qatılmışlar.

Hal-hazırda В»Modus VivendiВ» fondu ətrafında birləşən erməni iş adamları rusiya, Ermənistan və İranın Qafqazdakı maraqlarının təmin edilməsi üçün birgə hərəkətə keçiblər. Hər üç dövlət Azərbaycanla bağlı etnik separatizm siyasətinin yanında durub. Qondarma Dağlıq Qarabağ separartizmindən ruhlanan bu üç dövlət yeni layihələrin həyata keçirilməsinə çalışır.

Hal-hazırda İrandakı В»Talışşünaslıq MərkəziВ»nin rəhbəri Yasə Karanzadə İrəvanda ermənilərlə birlikdə В»İran və Azərbaycan talışlarının problemləriВ» mövzusunda yeni xüsusi tədqiqatçı qrupunu yaratmışdır. Tehrandakı mənbələrin verdiyi açıqlalara görə, tədqiqatlarda В»19-cu yüzillikdə talışlara məxsus ərazilər rusiya tərəfindən işğal olunub və bununla da talış xalqının vahid etnos kimi inkişafının qarşısı alınmışdır. ABŞ-ın BOP (Böyük Orta Doğu) siyasətində yer alan bölünmüş xalqlar strategiyasından nədən İran öz məqsədləri üçün yararlanmasın. Suriya, İraq, Türkiyə və İrandakı kürdləri Bölünmüş xalqlarВ» proyektinin tərkib hissəsi kimi hərəkətə keçməyə yönəldirsə, İranın da rəsmi siyasəti kimi farsmənşəli xalqlar doktrinasına üz tutması labüddürВ» tipli iddialar ortaya qoyulmuşdur.

Moskvadakı В»Talış Xalqının Hüquqlarını MüdafiəВ» mərkəzinin təmsilçisi olan Sərabaz Hüseynzadə İrəvanda talışlarla bağlı keçirilən bütün konfranslarda iştirak etdiyindən məmnunluq duyduğunu bildirirək deyib: В»Bizlər talış olduğumuz üçün Azərbaycan tərəfindən daim hüquqlarımız pozulur. Öz indenfik və azadlıq məsələlərimiz uğrunda mübarizəmizdə bizə dərstək verən hər bir dövlətin yardımına ehtiyacımız vardır. Keçmiş Sovetlər Birliyi dönəmində bizlər öz hüquqlarımız üçün Moskvaya müraciət edirdik. İndi belə bir mərkəz yoxdur ki, bizə istədiyimiz dəstəyi verə bilsinВ».

Azərbaycan tərəfi milli azlıqlarВ»la bağlı dövlət siyasətində tolerant mövqe nümayiş etdirsə də, xaricdən ölkəyə qarşı aparılan siyasətlərdə daha aktiv və impulsiv xarakterli addımların atılmasını düzənləməlidir. Belə ki, hal-hazırda beynəlxalq səviyyədə Qafqaz siyasəti xüsusi olaraq diqqətlə izlənilməkdədir. Bir tərəfdən İranın iqtisadi və siyasi mənada blokadaya alınması, digər yandan isə rusiyada baş verən kataklizmlər, Orta Asiya və Qafqazın enerji resurslarının dünya bazarına çıxarılması tipli alternativ dəhlizin yaranması kimi çoxkombinasiyalı proseslər yeni məzmun və xarakterlə müşahidə olunur. Bu qlobal prosesdə Azərbaycanın В»günahkar keçiВ» rolunda çıxış etməsi, əslində Dağlıq Qarabağın itirlməsi, bunun ardınca isə В»bölünmüş xalqlarВ» proyektinin tərkib hissəsi olaraq dərin siyasi maraqların inkişafına yol açacaqdır. İran və Ermənistanın ardında duran ənənəvi qlobal maraqlar tarix boyu beləcə təkrar olunmuşdur. Çünki ortada antitürk siyasətinin dərin qatları gizlənib. Bunu dövlət müstəqilliyimizin ötən 20 illik tarixi də birbaşa təsdiq edir. Azərbaycanın günahkar duruma düşməməsinin tək yolu isə bütün ictimai institutların uzlaşması anlamından asılıdır. Təzadlı münasibət və siyasət isə məhz buna görə qapadılmalıdır.


Geri qayıt