Əsas Səhifə > Cəmiyyət / Manşet > RÖVNƏQ ABDULLAYEVİN SAXTAKARLIĞI
RÖVNƏQ ABDULLAYEVİN SAXTAKARLIĞI12-12-2011, 16:34 |
![]() ARDNŞ HAQDA MÜSBƏT RƏY VERƏN AUDİT ŞİRKƏTİ FIRILDAQÇI İMİŞ DİA.AZ: - Beynəlxalq Şəffaflıq Təşkilatı - Transparency İnternational və Gəlirlərə Nəzarət İnstitutu (Revenue Watch İnstitute) bu ilin əvvəlində yaydığı hesabatda Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) - SOCAR haqda ciddi məqamlar yer almışdı. Hesabata görə SOCAR anti-korrupsiya proqramları barədə ümumiyyətlə məlumat vermir. Bu göstəriciyə görə Azərbaycan şirkəti Rusiyanın Qazprom şirkəti ilə bir sırada В«0В» faiz almışdı. İndi isə ARDNŞ-lə bağlı daha sensasion fakt üzə çıxıb. Məsələ Azərbaycan Dövlət Neft Şirkətini auditdən keçirmiş və Azərbaycan iqtisadçılarına yaxşı tanış olan В«Ernst &YoungВ» şirkətilə bağlıdır. Bu auditor şirkəti ARDNŞ-in 2010-cu il üzrə bütün göstəricilərinin qaydasında olması barədə rəy verib. Amma bu auditor şirkətinin özü ilə bağlu ilginc bir fakt var. 2010-cu ilin sonu və 2011-ci ilin əvvəlində məşhur В«Wall Street JournalВ» belə bir xəbər yayımlayıb ki, həmin bu В«Ernst &YoungВ»a qarşı Nyu-York prokurorluğu tərəfindən ittiham irəli sürülüb. Prokurorluq adıçəkilən auditor şirkətini dələduzluqda ittiham edib. İş Nyu-York prokuroru Endryu Kuomonun şəxsi nəzarəti altındadır. В«Lehman Brothers HoldingsВ»in müflis olmasında günahlandırılan В«Ernst & YoungВ» В«repo 105В» tranzaksiyaları zamanı 50 milyard dolların qanunsuz olaraq silinməsindən məlumatlı olub. Prokurorluq bu qənaətə gəlib ki, 2001-2007-ci illər ərzində В«Lehman BrothersВ»i auditor yoxlamasından keçirmiş В«Ernst & YoungВ» qanunsuz maliyyə əməliyyatlarını bilərəkdən gizlədib. Geri qayıt |