Əsas Səhifə > Ölkə / Manşet > HAKİMİYYƏT DAXİLİNDƏ ŞOK OLAYLAR OLACAQ

HAKİMİYYƏT DAXİLİNDƏ ŞOK OLAYLAR OLACAQ


19-04-2013, 12:45
HAKİMİYYƏT DAXİLİNDƏ ŞOK OLAYLAR OLACAQ
İQTİDAR RUSİYAPƏRƏST QÜVVƏLƏRDƏN TƏMİZLƏNİR

DİA.AZ: - В«Hakimiyyət daxilindəki Rusiyapərəst qüvvələrin qara günləri uzaqda deyilВ». Bu sözləri redaksiyamıza telefon açan və özünü Nazirlər Kabinetinin vəzifəlisi kimi təqdim edən şəxs söyləyib. Qeyd edək ki, onun DİA.AZ-a maraqlı açıqlamaları da olub.

Adının çəkilməməsi şərtilə açıqlama verən həmin vəzifəli şəxs bildirdi ki, yaxın günlərdə prezident iqtidar daxilindəki В«rusiyapərəst qüvvələrəВ» (ifadə mənbəyə aiddir -red.) gözlənilməz, həm də şok effektli zərbəsini vuracaq:

В«Onların güvəndikləri əsas adamlardan biri vəzifədən alınır. Onun kimliyini görəcəksiniz. Şok hadisə olacaq. Artıq Kremldə də bunu bilirlər və prezidentin iradəsinin qarşısını kimsə ala bilməyəcəkВ».

Mənbəmiz onu da əlavə etdi ki, bunun ardından da daha bir neçə dövlət qurumunda ciddi təmizləmə əməliyyatı başlanılacaq: В«Ola bilsin ki, məşhur В«Qara kəmərВ» əməliyyatına bənzər, amma ondan daha da şiddətli bir əməliyyat həyata keçirilsin. Onlarla məmurun həbsi gözlənilir. Bu gün həmin məmurlar prezidentə yalan danışırlar. Vaxtilə Fərhad Əliyev də eyni qaydada yalan danışmışdı. Amma onun axırı nə oldu? Bu gün də yalan danışanların yeri həbsxana olacaqВ».

Geri qayıt