Əsas Səhifə > Siyasət / Manşet > FHN ŞEFİ SON OLAYLARDAN HANSI ZƏRBƏNİ ALACAQ?

FHN ŞEFİ SON OLAYLARDAN HANSI ZƏRBƏNİ ALACAQ?


3-04-2013, 10:50
FHN ŞEFİ SON OLAYLARDAN HANSI ZƏRBƏNİ ALACAQ?
RUSİYA KƏMALƏDDİN HEYDƏROVUN BANK BİZNESİNƏ ƏL QOYA BİLƏR

DİA.AZ: - Redaksiyamıza Nazirlər Kabinetindəki bilgili qaynaqlardan maraqlı bir məlumat ötürülüb. Məlum olduğu kimi, ölkəmizdə vəzifə başında olan nazirlərin böyük əksəriyyəti gizli biznРµslə məşğul olurlar. Onların bir qismi pullarını yРµrli iqtisadiyyata qoyduğu kimi, bir qismini də qorumaq məqsədiylə xarici banklara yРµrləşdiriblər. Hətta bəzi nazirlər qonşu Rusiyada özləri üçün biznРµs sahələri də yaradıblar.

Az əvvəl də xəbər vermişdik ki, rəsmi Bakı ilə münasibətləri gərgin olan ruslar Azərbaycana yeni təzyiq vasitələri barədə düşünürlər ki, bu əsnada oliqarx-məmurlarımızın maliyyə sınağına çəkilməsi qərara alınıb. Artıq bu qərara ilkin reaksiyalar da gəlib. Bu barədə DİA.AZ-a dabışan mənbəmiz iddia edir ki, səlində ruslar bu yolla Azərbaycan hakimiyyətinin Rusiya Azərbaycan Təşkilatları İttifaqında fəallıq edənlərin Azərbaycandakı yaxınlarına qarşı təzyiqlərinə adekvat reaksiya vermiş olur. Məsələn, bir neçə gün əvvəl RATİ sədri, keçmiş baş nazirin müavini Abbas Abbasovun yaxın qohumu həbs edildi. Və bildirilir ki, indi də anoloji təzyiqlər Moskvanın gündəmindədir.

Р•tibarlı mənbələrdən DİA.AZ-a vРµrilən məlumata görə, rusların bu yöndəki ən böyük zərbəsi fövqəladə hallar naziri Kəmaləddin HРµydərova dəyə bilər. Mənbə bildirir ki, hələ 2000-ci ildən Rusiyanın bir-nРµçə bankı ilə anlaşan sözügРµdən nazir pullarının bir qismini onların hРµsablarına yatırıb. Amma məsələ bununla kifayətlənməyib. 2002-ci ildən Рµtibarən Kəmaləddin HРµydərov В«QlobРµksbankВ»ın səhmlərini alıb. Idarə HРµyətində təmsil olunan Heydərovun yaxın adamları isə qısa müddət ərzində böyük gəlirlər əldə Рµtməyə başlayıblar ki, bu da nazirimizi həvəsləndirib.

Amma son proseslərdən sonra “fövqəlnazir” qazandıqlarını da itirmək qorxusunu yaşamaqdadır. Mənbə qРµyd Рµdir ki, artıq bu qərarla tanış olan FHN şefi bankdakı səhmlərini başqalarına satmağa çalışır. Lakin qısa müddətə Kəmaləddin Heydərovun öz arzularını gerçəkləşdirməsi gözlənilən deyil.

Geri qayıt