Əsas Səhifə > Ölkə / Manşet > ABUNƏÇİLƏRİ В«NAR MOBİLEВ»DAN ŞİKAYƏT EDİRLƏR

ABUNƏÇİLƏRİ В«NAR MOBİLEВ»DAN ŞİKAYƏT EDİRLƏR


6-03-2013, 15:18
ABUNƏÇİLƏRİ В«NAR MOBİLEВ»DAN ŞİKAYƏT EDİRLƏR
MOBİL OPERATORDAN İSTİFADƏDƏ PROBLEM YARANIB

DİA.AZ: - Redaksiyamıza В«Nar MobileВ» abunəçilərindən birinin şikayət məktubu daxil olub. Bakı şəhər sakini olduğunu bildirən Əzizov Məmmədəlinin sözlərinə görə, neçə gündür ki, istifadə etdiyi В«NarВ» nömrəsindən digər В«Nar MobileВ» abunəçiləri ilə əlaqə yaratmasında problemlər yaranıb.

Şikayət məktubunda deyilir: В«Dəfələrlə yaranmış problemlə bağlı şirkətə müraciət etsəm də, məni dinləyirlər, amma problemimi həll etmirlər. Öyrənmişəm ki, digər В«NarВ» abunəçilərində də oxşar problemlər yaranıbВ».

Şikayətçi bildirir ki, bu gün səhər saatlarından В«Nar MobileВ» nömrəsindən kiminləsə əlaqə yaratmaq isə ümumiyyətlə, problemə çevrilib: В«Bir neçə saat ərzində telefonla yığmaq istəsəm də, əksər hallarda zəngin çatmadığı bildirilir. Elə məni yığmaq istəyənlər də şikayətlənirlər ki, mənə zəng çatmırВ».

Şikayətçinin sözlərinə görə, o, bizneslə məşğuldur və etibarlı mobil operator kimi В«Nar MobileВ» şirkətinin xidmətlərindən illərdir istifadə edir. Və son günlərdə yaranmış problem onun işinə də zərər vurur.

DİA.AZ olaraq şikayətçinin toxunduğu problemlə bağlı sözügedən şirkətin də mövqeyini öyrənməyə çalışacağıq. Bizi izləməkdə davam edin…

Geri qayıt