Əsas Səhifə > Dünya > DAHA 4 AVİAŞİRKƏT “QARA SİYAHI”DA
DAHA 4 AVİAŞİRKƏT “QARA SİYAHI”DA26-11-2011, 12:29 |
![]() BU ŞİRKƏTLƏRİN 27 ÖLKƏYƏ YOLU BAĞLANDI Avropa Birliyi (AB) daha 4 aviaşirkəti “qara siyahı”ya salıb. Həmin şirkətlər AB-yə üzv olan 27 ölkə ərazisində uçuşlar yerinə yetirə bilməyəcək. В«APA-ECONOMICSВ»in məlumatına görə, söhbət В«Aeromajestic and Interisland AirlinesВ» (Filippin), В«Stellar AirwaysВ», В«Equatorial CongoВ»(hər ikisi Konqo) və В«Rollins AirВ» (Honduras) aviaşirkətlərindən gedir. Filippin və Konqodan olan şirkətlər AB-nin “qara siyahı”sına beynəlxalq təhlükəsizlik standartlarına uyğunluq haqqında sənəd təqdim edə bilmədiyinə görə düşüb. В«Rollins AirВ» isə Fransa tərəfi təhlükəsizlik səviyyəsinin aşağı olduğunu bildirdikdən sonra, AB-nin “qara siyahı”sına daxil edilib. В«Təhlükəsizlik hamısından vacibdir, biz bu sahədə heç bir güzəştə gedə bilmərik. Bu şirkətlər tərəfindən həm Avropa Birliyi məkanında, həm də ondan kənarda təhlükəsizlik qaydalarının pozulması barədə dəlillərimiz varВ», - deyə AB-nin nəqliyyat məsələləri üzrə nümayəndəsi Siim Kallas (Siim Kallas) bildirib. Qeyd edək ki, hazırda AB-nin “qara siyahısı”na 20 ölkədən 273 aviaşirkət salınıb. Geri qayıt |