Əsas Səhifə > Ölkə > RÖVNƏQ ABDULLAYEV XƏSTƏXANALARDAN İMTİNA EDİR

RÖVNƏQ ABDULLAYEV XƏSTƏXANALARDAN İMTİNA EDİR


11-11-2011, 13:37
RÖVNƏQ ABDULLAYEV XƏSTƏXANALARDAN İMTİNA EDİR

ARDNŞ В«ATƏŞGAH SIĞORTAВ»DAKI PAYINI DA SATMAĞA HAZIRLAŞIR

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) 2012-ci ilin yanvar ayından başlayaraq bütün işçilərini icbari tibbi sığorta növü üzrə sığortalayacaq və hazırda bununla bağlı işlər aparılır.

В«APA-ECONOMICSВ»in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.

R.Abdullayevin sözlərinə görə, işçilərin icbari tibbi sığortası ölkədə fəaliyyət göstərən sığorta şirkətləri vasitəsi ilə həyata keçiriləcək. Bununla əlaqədar olaraq ARDNŞ özünün səhiyyə xidmətləri göstərən bütün aktivlərindən imtina edəcək, o cümlədən tabeliyində olan səhiyyə müəssisələri, həmçinin Mərkəzi Neftçilər Xəstəxanası Səhiyyə Nazirliyinin balansına veriləcək.

R.Abdullayev bildirib ki, ARDNŞ-ın В«Atəşgah SığortaВ» şirkətində olan payı da satılacaq, payın satılması tender yolu ilə həyata keçiriləcək.

Qeyd edək ki, ARDNŞ В«Atəşgah SığortaВ» şirkətinin səhmlərində 10%-lik paya malikdir.


Geri qayıt