Əsas Səhifə > Ölkə / Manşet > ŞOK: ARDNŞ ŞEFİNİN GÜRCÜSTAN FİASKOSU
ŞOK: ARDNŞ ŞEFİNİN GÜRCÜSTAN FİASKOSU7-11-2012, 13:33 |
![]() RÖVNƏQ ABDULLAYEVİN ADAMI BAKIYA QAÇMALI OLDU DİA.AZ: - Bir neçə gün əvvəl Gürcüstanın yeni hökumətinin rəsmi Bakı üzərinə hücumları müşahidə olundu. Söhbət Azərbaycan Dövlət Neft Şirkətinin qonşu ölkədəki fəaliyyətindən və bu fəaliyyətin В«Gürcü arzusuВ»nun qurduğu hökumət tərəfindən durdurulması ehtimallarından gedir. Bildirək ki, məsələ ilə bağlı danışan İvanaşvili hökumətinin nümayəndələri ARDNŞ-in Gürcüstanda inhisarçıya çevrildiyini və bu yöndə qaranlıq işlərin olduğunu bəyan etdilər. Rəsmi Bakının cavabı da bu ittihamlara gecikmədi və açıqlama verən ARDNŞ prezidenti Rövnəq Abdullayev hətta В«Gürcü arzusuВ» hökumətinin ittihamlarını ələ də saldı: В«Qaldırıb sənədlərə baxsınlar, sonra danışsınlarВ». Yəni bununla ARDNŞ prezidenti İvanişvili hökumətinin Azərbaycanla Gürcüstan arasında bağlanmış müqavilənin pozulmasının imkansızlığına işarə etmişdi. Nə baş verir? DİA.AZ-a məlumatlı dairələrdən ötürülən informasiyalardan aydın olur ki, əslində Gürcüstanın yeni hökumətinin rəsmi Bakı ilə münasibətlərinin gərginləşməsi qaçılmazdır və artıq bu yöndə Gürcüstanın hüquq-mühafizə orqanları hərəkətə keçiblər. Hətta artıq В«SOCAR GEORGİAВ» şirkətində də araşdırmaların getdiyi bildirilir. Mənbənin söylədikləri: В«Bu gün Rövnəq Abdullayevin Gürcüstan ərazisində böyük biznesi var və həmin biznes В«Socar GeorgiaВ»da vitse-prezident postunu tutan Mahir Məmmədov adlı şəxs tərəfindən yönəldilməkdədirВ». Mənbəmiz bildirir ki, Mahir Məmmədovun nəzarəti altında В«SocarВ»a aid yanacaqdoldurma məntəqələrindən savayı Tiflisdə Bakuruani deyilən ərazidə və Batumidə xeyli sayda obyektlər var: В«Bunlar da bir yana. Gürcüstanın digər bölgələrində, həmçinin Marneulidə də Rövnəq Abdullayev yeni obyektlər tikdirməkdədir. Və məlum olur ki, В«Socar GeorgiaВ»dan ARDNŞ şefinin əldə etdiyi gəlirlər məhz həmin obyektlərə və onların inşasına sərf olunmaqdadırВ». Gürcüstanın yeni hökumətinin ARDNŞ şefinin bu ölkədəki fəaliyyətini təftiş etmə niyyətinə gəlincə isə mənbəmiz bununla da bağlı şok məlumatları açıqladı: В«Məlum olub ki, əslində bütün bu proseslərdə iqtisadi cinayətkarlıq elementləri yetərincədir. Məhz Gürcüstanın yeni baş nazirinin göstərişi əsasında В«Socar GeorgiaВ»nın fəaliyyəti araşdırılıb. Və Gürcüstan vergi polisinin araşdırmaları nəticəsində müəyyən olunub ki, В«Socar GeorgiaВ» bir il ərzində Gürcüstanın vergi orqanlarından 13 milyon ABŞ dolları həcmində yayınıbВ». Mənbəmiz bildirdi ki, artıq bu zərbənin şoku Rövnəq Abdullayev üçün ciddi siqnal rolunu oynayıb və nəticədə ARDNŞ şefinin Gürcüstanla bağlı planları da yarımçıq qalıb: В«Rövnəq Abdullayev Marneulidə böyük bir hipermarketi inşa etdirirdi. Son gərginliyin fonunda ARDNŞ prezidenti həmin planındani da vaz keçib və Marneulidəki inşaat işləri yarımçıq saxlanılıbВ». Mənbəmiz əlavə olaraq onu da bildirdi ki, yaranmış vəziyyət nəticəsində həbs olunma ehtimalını görən В«Socar GeorgiaВ»nın vitse-prezidenti Mahir Məmmədov artıq Bakıdadır. Araşdırmalarımız davam edir. Bizi izləyin… Geri qayıt |