Əsas Səhifə > Manşet / Güney Press > Evdə yatdığın yerdə də kartından PUL ÇIXIRLAR...

Evdə yatdığın yerdə də kartından PUL ÇIXIRLAR...


Bu gün, 07:54

"PASHA Bank, AYNA - Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi... iki gündür ümumiyyətlə, Bakı kartla ödəniş etmirəm. Dünən və bu gün ümumiyyətlə istifadə etməmişəm... Amma..." "DİA-AZ" xəbər verir ki, bu barədə Xəyalə Qurbanova adlı sosial şəbəkə istifadəçisi özünün hesabında paylaşım edib.

Narazı vətəndaş daha sonra bildirir: "Dünən 3 dəfə kartdan pul çıxıb. Bu gün də çıxmağa cəhd olub. Blok etmişəm deyə pul çıxa bilmir.

Kart açıq olsa, çıxacaq. Əvvəlki ödənişlər deyil..onlar hamısı vaxtında çıxıb. Nə baş verir ? Verdiyiniz email də ümumiyyətlə mövcud deyil..."

"DİA-AZ"ın məlumatına görə, daha bir neçə sosial şəbəkə istifadəçisi də son günlər anoloji problemlə üz-üzə qaldıqlarını bildiriblər...


Geri qayıt