Əsas Səhifə > Manşet / Araşdırma / Güney Press > Biləcəri başdan-başa XAOSA TƏRK EDİLİB...
Biləcəri başdan-başa XAOSA TƏRK EDİLİB...Bu gün, 10:57 |
|
Binəqədi rayonunun Biləcəri qəsəbəsində baş verənlər bir daha göstərir ki, paytaxtda qanunsuz tikinti, ekoloji vandalizm halları hələ də ciddi nəzarətdən kənarda qalır və buna göz yumanların kimliyi ilə bağlı ciddi suallar vardır.Bu cür addımlar adətən təsadüfi olmur — arxasında ya böyük maliyyə maraqları, ya da ciddi “himayədarlıq” dayanır. R. İsmayılov küçəsi, 2025-ci məhəllədə — Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə üzbəüz ərazidə geniş sahənin dəmir konstruksiyalarla hasarlanması və ardınca çoxsaylı ağacların kəsilməsi ictimai narazılıq doğurur. Ən narahatedici məqam isə odur ki, bu işlərin hansı əsasla aparıldığı barədə nə rəsmi açıqlama var, nə də ərazidə hər hansı icazə sənədi nümayiş etdirilir. Bu isə ciddi şübhələr yaradır: görəsən, bu tikinti doğrudanmı qanunidir, yoxsa yenə “razılaşmalar” hesabına həyata keçirilir?Fimaz.tv-nin redaksiyasına daxil olan məlumata görə, tikintini aparan şəxs Binəqədi rayon icra hakimiyyətinin başçısı Elxan Allahverdiyev ilə müəyyən maraqlar çərçivəsində anlaşma əldə edib və məhz buna görə də bu qanunsuzluqlara göz yumulur. Bu, artıq təkcə qanunsuz tikinti deyil — açıq şəkildə vəzifədən sui-istifadə və korrupsiya şübhəsidir. Amma məsələ tək bir şəxslə bitmir. Belə hallarda adətən bir neçə qurumun səssizliyi və ya fəaliyyətsizliyi də “himayə” kimi qəbul olunur: Ekologiya və Təbii Sərvətlər Nazirliyi – ağac kəsiminə niyə reaksiya vermir, Fövqəladə Hallar Nazirliyi – tikintinin təhlükəsizlik və qanunauyğunluğunu yoxlayırmı, Şəhərsalma və Əmlak məsələləri üzrə qurumlar – bu layihəyə icazə verilibmi? Geri qayıt |