Əsas Səhifə > Manşet / Sosial > "Bu pullar mənim kartımdan niyə çıxılır?"

"Bu pullar mənim kartımdan niyə çıxılır?"


Bu gün, 09:43

"Dünən bütün günü evdə olmuşam. Deməli, 16:24 - 20:04 - 03:56 - 06:23 saatlarında mənim Birbank kartımdan pul çıxılıb. Saat 08:02 mən hələ də öz xarabamdayam. Bu pullar mənim kartımdan niyə çıxılır?" "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında Orxan adlı istifadəçi qeyd edərək gileylənir.
Bakı Metropoliteni QSCKapital Banka müraciət edən narazı vətəndaş daha sonra bildirir:
"Doğru-düzgün cavab almasam, (ki verəcəyiniz doğru düzgün cavab yoxdu) məhkəməyə verəcəm hər iki qurumu..."

Geri qayıt