Əsas Səhifə > Manşet / Ölkə > "450-dən çox ailə başçısını işsiz qoydular..."
"450-dən çox ailə başçısını işsiz qoydular..."Bu gün, 08:30 |
|
"DİA-AZ" olaraq Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sosial şəbəkə hesabına istinadən növbəti gileyləri təqdim edirik. Beləliklə, hüquqları pozulan AzəriQaz işçiləri yazır... *** Ruslan İslamov: "Azəriqaz cavan kadr üçün işlənəcək ən sonuncu bir qurumdur. Çünki bu sistemin nə ədaleti var, nə də ədaləti təmin edə biləcək, şikayətə baxacaq və fəhlə strukturunun haqqını bərpa edəcək bir nəfər belə yoxdur. Bu sistemdə irəli getmək üçün və yaxud da normal məvacib və normal iş şəraitinə sahib olmaq üçün mütləq ki hansısa yüksək vəzifədə olan kiminsə yaxını, ya da tanışı olasan..." *** Şəfaqət Bədəlova: "Vallah, 9-cu dərəcəli mühəndisəm.. Ən aşağısı 21 ildir Azəriqazda işləyirəm. Ən çətin işi görurəm. Texniki müayinə sahəsi üzrə dizimdə yırtıq var. Yuxarı vəzifədə çalışanların sağlamları idarədə... mənim kimi canı ağrayan işçinin isə haqqı tapdanır. Bilərəkdən incidilən işçilərdən biriyəm. Vijdansızlıq çox yüksək dərəcədədir. Pik nöktədəyəm... Amma əlacsızam..." *** Xuraman Əliyeva: ""AzəriQaza aid bütün idarələrdə- istər özəl, istərsə də, dövlət qurumlarında rəhbər vəzifələrdə işləyənlərin hamısının şikayətlərə qarşı bir reaksiyası var: Get kimə istəyirsən, şikayət et! Yəni, mən heç kimi saymıram..." *** Elmin Rəhimov: "Biizim kimi işçiləri yalandan "ixistar" adı altında işsiz qoydular. 450-dən çox ailə başçısını işsiz qoydular. Nədi ki süni böyüdülmüş əzizlərinə... övladlarına hardasa vəzifə vermək lazım idi... Mən bunu keçən dəfə də yazmışam... inşallah, Dövlətimizin Prezidenti Cənab İlham Əliyevə də bizi qəbul etməsini xahiş etmişəm. Başqa yolum yoxdur... ölkə başçısından körpələrimizin gələcək talelərini yaxşılaşdırmaq üçün iş istəyəcəm. Eyni zamanda AzəriQaz-da nələr var, nələr baş verir... açıq-aşkar qoyacam faktlarla ... Allah nə xeyirlidi onu da qismət eləsin, inşallah..." *** Davamı mütləq olacaq... Geri qayıt |