Əsas Səhifə > Manşet / Siyasət > Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur...

Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur...


Bu gün, 06:20

"Evin tikilsin şirkətin benefisiar sahibi! "Sağlamlaşdırma", "optimallaşdırma " dediyiniz budurmu"? Axırı bu ağırlıqda çəkiyə davam gətirməyib çökəcək binası Azəriqaz İB -nin..." "DİA-AZ " xəbər verir ki, bu ifadələrin müəllifi olan tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı NHMT-nin sosial şəbəkə hesabında olduqca ilginc faktları ictimailəşdirib.
NHMT sədri daha sonra fikrini belə davam etdirir: "Yazdılar ki;
27 aprel 2026-cı il tarixində SOCAR “Azəriqaz İB -də baş verən bir “səhv” əslində bu qurumun iç üzünü açıq şəkildə ortaya qoydu. Mühəndis-texniki heyətin demək olar ki, hamısına səhvən göndərilən Word faylda İdarəetmə aparatının bütün əməkdaşlarının siyahısı yer alırdı. Və bu siyahı bir şeyi açıq göstərdi: şişirdilmiş, süni şəkildə böyüdülmüş və idarəolunmaz bir struktur.
Rəqibsiz, monopol mövqedə fəaliyyət göstərən bir qurumda son bir ildə bu qədər şöbə və departamentin yaradılması nə ilə izah olunur? Bu qədər vəzifə, bu qədər kreslo kimə və nəyə lazımdır?
Azəriqaz İB artıq bir dövlət qurumundan çox, nəzarətsiz böyüyən bir “idarəetmə imperiyası”nı xatırladır. ABŞ-ın 51 ştatı var — burada isə struktur vahidlərinin sayı 60-ı keçib. Bu, idarəetmə deyil, açıq-aşkar şişirtmə və vəzifə bölgüsü adı altında sistemli israfdır.
✅Rəsmi rəqəmlərə görə 7 departament, 49 şöbə fəaliyyət göstərir. Hər departamentdə 1 rəis, 2 müavin; hər şöbədə isə 1 rəis, 2 müavin. Bununla yanaşı, yüzlərlə — 500-dən çox 14–15-ci dərəcəli mühəndis. Bu artıq idarəetmə yox, ştat şişirtməkdir.
Ən acınacaqlısı isə budur: bu şişirdilmiş aparatın fonunda ən aşağı səviyyədə çalışan işçilər sıxışdırılır. ✅Xadimələr işdən çıxarılır, sayğac əməliyyatları xidmətinin çilingəri isə cəmi 420 manat əmək haqqı alır. Bir tərəfdə vəzifə bolluğu, digər tərəfdə isə əmək haqqı səviyyəsində açıq-aşkar ədalətsizlik.☝
✅Bu artıq sadəcə idarəetmə problemi deyil — bu, sistemli uyğunsuzluq, resursların yanlış bölüşdürülməsi və sosial ədalətsizliyin bariz nümunəsidir.
Qeyd; Uçotu pozulmuş qazın bərpası Departamenti də yaratsalar, heç təəccüblənmərəm. ❗️Məqamdır, elə onu da yaradın..."

Geri qayıt