Əsas Səhifə > Manşet / Gündəm > İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu
İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurduBu gün, 05:11 |
|
Rüşvət vermədiyi üçün irca başçısının təhqirinə məruz qalan Şərur sakini etiraz olaraq avtomobilini yandırıb. Etirazçı Faiq Abbasov özünü də yandırmağa cəhd edib, lakin polis müdaxilə edərək buna imkan verməyib. "DİA-AZ" bildirir ki, bu barədə “Gündəlik Naxçıvan” xəbər yayıb. Bildirilir ki, hadisə rayon irca hakimiyyətinin binası qarşısında baş verib. Faiq Abbasovun yaxınlarının sözlərinə görə, konflikt baçşınım Faiq Abbasovdan yüksək məbləğdə rüşvət istəməsindən sonra yaranıb: “Faiqin oğlu rayonda açılacaq yeni DOST mərkəzinə mürid kimi namizədliyi irəli sürülüb. Kamal Cəfərov isə buna imkan verməyib. Yəni yüksək məbləğdə rüşvət istəyib. Bu gün səhər baçşı icra hakimiyyəti binasından çıxıb müavinləri ilə iməciliyə gedərkən, Faiq onun qarşısına çıxıb, xahiş edib ki, oğluna mane olmasın. Baçşı da onu pis söyüşlərlə təhqir edib. Faiq də buna dözməyib, elə onun gözü qarşısında “Kia” markalı maşınını yandırıb. Daha sonra öz üzərinə benzin töküb və yandırmaq istəyərkən polislər imkan verməyib. Maşını yandıran kimi icra başçısı qaçıb yoxa çıxdı”. Yaxınlarının sözlərinə görə, hadisədən dərhal sonra Faiq Abbasovu saxlayıb həbs ediblər: “Şər atırlar ki, guya sərxoş olub, başçını təhqir edib. Səhər tezdən kim sərxoş olur? Həm də bu adam ümumiyyətlə içki içən deyil. Çox ziyalı, mədəni adamdır.” Geri qayıt |