Əsas Səhifə > Manşet / Üçüncü sektor / Güney Press > Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR...
Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR...Bu gün, 16:05 |
|
"DİA-AZ" bildirir ki, sabiq oliqarx-məmurlardan olan Arif Qaraşov bu gün də əlində köhnə biznes rıçaqlarını saxlamaqdadır.
Bu barədə özünün sosial şəbəkə hesabında paylaşım edən tanınmış jurnalist Fadil Paşayev olduqca ilginc bir məqama toxunub. Yuxarıdakı fotoları ictimailəşdirən jurnalist yazır: "Gördüyünüz foto XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin binasıdır. Arif Qaraşovun yaratdığı məktəbdir. O məktəb ki, bir şagirdin illik təhsil haqqı 11. 500-12. 500 manatdır. Məktəbdə isə 750 nəfərdən çox şagird təhsil alır. Bilirsiniz, söhbət hansı Qaraşovdan gedir? Uzun illər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi işləyən bir oliqarx məmurdan. İllik gəliri orta hesabla 8 milyon manatdan çoxdur. Bu isə ona məxsus olan kommersiya əsaslı obyektlərdən cəmi birinin qazanc göstəricisidir. Belə "uğur hekayəsini" görən digər məmurlar sizcə nə etməlidirlər?!"
Geri qayıt |