Əsas Səhifə > Manşet / Hadisə > Şərurda Vasif Talıbov ənənələri...

Şərurda Vasif Talıbov ənənələri...


Bu gün, 06:56

Naxçıvanda... Şərur rayonu ərazisində Muxtar Respublikanın keçmiş Ali Məclis sədri Vasif Talıbovun ənənələri yaşamaqdadır. Bu barədə "DİA-AZ"a müraciət edən yerli sakinlər bildirir.

Daxil olan məlumata görə, birbaşa olaraq Şərur rayonu icra hakimiyyətinin başçısı Kamal Cəfərovun göstərişi əsasında həftə sonları büdcə təşkilatlarında çalışanlar məcburi qaydada iməciliklərə cəlb olunur.

Bununla bağlı etiraz edənlər şikayətçi düşsələr də, səslərini eşidən yoxdur.

Bu göstərişin arxasında dayanan RİH başçısı təbii ki, Vasif Talıbov ənənəsini yaşatmaqla həm də keçmiş ağasına hələ də sadiq qaldığını da nümayiş etdirmiş olur. Çünki gəzən xəbərlərə görə, cənab Cəfərov keçmiş Ali Məclis sədrinin kadrıdır.


Geri qayıt