Əsas Səhifə > Manşet / Güney Press / Üçüncü sektor > "Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..."
"Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..."Bu gün, 15:29 |
|
"NTV-nın sədr əvəzi, hörmətli xanım həmkarım, sosial şəbəkələrdə, qeyri-rəsmi müzakirələrdə və müxtəlif platformalarda mənimlə bağlı səsləndirdiyiniz fikirləri ictimai müstəviyə çıxarmaqla özünüzü yorursunuz..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında bu günlərdə "Şərq qapısı" qəzetindəki vəzifəsini tərk etmiş tanınmış jurnalist Sara Əzimova yazıb.
Konkret olaraq “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini İlhamə Tofiq qızı Novruzovaya xitab edən Sara Əzimova daha sonra fikrini belə davam etdirir: "Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm. Amma buna lüzum görmürəm. Həmkarıq, bizə yaraşmaz. Gedin, sakitcə işlərinizlə məşğul olun. Qoy oturduğumuz yerdə sakitcə oturaq. Hə, bir də məsləhət görərdim ki, diqqətinizi rəhbərlik etdiyiniz qurumda sağlam idarəçilik sisteminin formalaşdırılmasına yönəldəsiniz.
Hazırda kollektiv daxilində ünsiyyət boşluğu, narazılıqlar və sistemli problemlər açıq şəkildə hiss olunur, hətta artıq nəzərəçarpacaq səviyyəni keçib. Təəssüf ki, dedi-qodu və intriqalara ayrılan vaxt artdıqca, efir siyasəti arxa plana keçir. Nəticədə efir məzmunu təkrar proqramlarla doldurulur, sosial şəbəkələrdə isə təsir imkanları zəif olaraq qalır. Unutmaq olmaz ki, NTV yalnız xəbər yayımı ilə məhdudlaşan platforma deyil. O, milli dəyərləri, ənənələri və cəmiyyətin inkişafını əks etdirən mühüm media qurumudur.
Mənim “Şərq qapısı” qəzetindəki fəaliyyətim və idarəçilik təcrübəm kifayət qədər aydın və ortadadır. GÖRÜNƏN DAĞA BƏLƏDÇİ LAZIM DEYİL... yol isə daha aydın və uzundur..."
Geri qayıt |