Əsas Səhifə > Manşet / Ölkə > "Mənə deyirlər mənim üçün əlil olmamısan ki, get hara istəyirsən de..."
"Mənə deyirlər mənim üçün əlil olmamısan ki, get hara istəyirsən de..."6-04-2026, 10:00 |
|
Şikayətçinin sözlərinə görə, hazırda onun övladının bədəninin müxtəlif nahiyələrində çoxsaylı qəlpələr qalmaqdadır. Ata bildirir ki, ailənin maddi vəziyyəti son dərəcə ağırdır və oğlunun əməliyyatı, eləcə də müalicəsi üçün lazımi maddi imkana malik deyillər. Vətəndaş qeyd edir ki, övladının səhhətinin ağır olmasına baxmayaraq, bu günə qədər ona əlillik təyin olunmayıb.
Kömək məqsədilə Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevin qəbuluna müraciət etdikdə, ona yardım edə bilməyəcəkləri bildirilib. Eyni zamanda, xəstəxana tərəfindən də “mənim üçün qazi sayılmır” əsası ilə yardım göstərilməsindən imtina olunduğu qeyd edilir. İlqar Abbasov KİV vasitəsilə bir daha Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək oğluna əlillik statusunun verilməsi barədə müvafiq qərarın qəbul olunmasını xahiş edir. O, həmçinin ölkə başçısından və Birinci vitse-prezidentdən Vətən uğrunda sağlamlığını itirmiş övladının müalicəsinə və əlillik hüququnun təmin olunmasına kömək göstərilməsini xahiş edir. Geri qayıt |