Əsas Səhifə > Manşet / Üçüncü sektor / Güney Press > Mehdiyevin Siyəzəndəki adamı təqaüdə göndərilir

Mehdiyevin Siyəzəndəki adamı təqaüdə göndərilir


Dünən, 11:03

Siyəzənin icra başçısı Novruz Novruzov tezliklə vızifəsi ilə vidalaşa bilər.

Tribuna-nın əldə etdiyi xəbərə görə, uzun müddətdir Şabran, Siyəzən və digər bölgələrdə icra başçısı olmuş Novruz Novruzovun təqaüdə göndərilməsinin vaxtı çatıb. Onun dövründə Şabran və Siyəzəndə heç bir inkişaf olmayıb. Ona görə də icda başçısı ilə yolları ayırmağın vaxtıdır.

O da bildirilir ki, icra başçısı Ramiz Mehdiyevin adamlarından olub. Mehdiyev bir çox rayonlara icra başçısı vəzifəsinə kadrları təqdim edib və öz adamlarını vəzifələrə yerləşdirib. Onlardan biri də Novruzovdur.

Baş verən son hadisələr Mehdiyevə bağlı məmurların idafəetmədən uzaqlaşdırılmasını qaçılmaz edir.


Geri qayıt