Əsas Səhifə > Manşet / Ölkə > Azərbaycan SSR-nin vətəndaşı müstəqil Azərbaycanın vətəndaşı ola bilmir...
Azərbaycan SSR-nin vətəndaşı müstəqil Azərbaycanın vətəndaşı ola bilmir...Bu gün, 09:54 |
|
Hacıyev Fərhad Aslan oğlu tərəfindən "Hürriyyət"in redaksiyasına şikayət məktubu daxil olub. 09 dekabr, 1957-ci ildə anadan olduğunu bildirən şikayətçi deyir ki, 1999-cu ildə ailəsi ilə birlikdə Rusiya Federasiyasının Rostav şəhərinə köçüb: "Rusiyaya köhnə SSSR-i pasportu ilə getmişəm. Orda işləmişəm və 2004-cü ildə mənə Rusiya vətəndaşlığı verilib. Hal-hazırda səhhətimlə əlaqədar olaraq Azərbaycana gəlmişəm və bir illik oturum almışam. Ölkədə daimi yaşamağımla əlaqədar olaraq 2-3 dəfə Azərbaycan vətəndaşlığına müraciət etsəm də, mənə vətəndaşlıq verilməyib. Məndə Azərbaycanda olan ərəfədə Gəncə şəhərində - N.Nərimanov küçəsi 94 nömrəli evdə qeydiyyatda olmuşam. Həyat yoldaşım Azərbaycan Respublikasının vətəndaşıdır və rəsmi nikahımız var. İki ayağım amputasiya olunub. Yenə də müraciət etdim, mənə 3-cü dəfə Azərbaycan Respublikasında, yəni öz vətənimdə qalmaq üçün oturum verdilər. Mənə Azərbaycan vətəndaşlığı verilməsinə köməklik etməyinizi Sizdən xahiş edirəm". Geri qayıt |