Əsas Səhifə > Manşet / Gündəm > Azərbaycan ermənilərlə savaşırdı... ABB də Qarabağ qazisi ilə!
Azərbaycan ermənilərlə savaşırdı... ABB də Qarabağ qazisi ilə!Bu gün, 06:56 |
|
29.12.2020-ci ildə Azərbaycan Beynəlxalq Bankının (ABB) Nizami filialında 1-ci dərəcəli Qarabağ əlilinə qarşı bankın qanunsuzluğuna hələ də nə Mərkəzi Bank, nə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, nə Ombudsman, nə prokurorluq...qiymət verir. Məhkəməni nişan verən bu qurumlar məhkəmələrin gerçəkdə ABB-yə vəkillik etməsini unudurlar. Qısaca xatırladaq ki, bankın Nizami filialında 2 hesabı olan əlil-qazinin hesabına gələn avro ilə valyuta əlilə 10 manata oturan kartına köçürülmür. Onda bu kart nəyə gərəkir və niyə 10 manata satılmalıdır? Eyni zamanda Qarabağ əlilinin birbaşa bankın özündən də pulunu götürməsinə avro, dollar qıtlığı bəhanəsilə qadağa qoyulub. Anlamaq çətindir, vəsait xarici valyuta ilə gəlibsə, necə yiyəsinə verilməyə bilər? Hətta vəsaitin min dollarını dəyişməklə verilməsindən də, hesabının imkan vermədiyi saxtalığı , qərəzi ilə imtina edilib. 3 il qabaq ABB-nin Nizami filialına qarşı Nizami məhkəməsində qaldırılan 2 (!) iddianı h. Həqiqət Əhmədova anında geri qaytarıb ki, Nizami rayonunda yerləşən filiala qarşı iddia aidiyyatı üzrə Nəsimi məhkəməsinə verilməlidir. (??) Aidiyyat özbaşınalığına Məhkəmə Hüquq Şurası da qiymət verməyib və özbaşınalıq hələ də daha eybəcər formada sürür. 2024-cü ilin oktyabrında elektron kabinetdən verilən iddianı h. Ülkər Yusifova 4 aylıq hazırlıq iclasları sonunda baxışa təyin etmək yerinə, cavabdehin qeyri-prosessual sifarişi ilə “aidiyyatı” Nəsimiməhkəməsinə göndərib. Qarabağ əlilinin MPM-in 35.2, 36.9 maddələrini hakimin kənardan sifarişlə yayğın diqqətinə çatdırması da yardıma çatmayıb. İş 2 aydan sonra Nəsimi məhkəməsinə göndərilib və eyni iddiaçının “Azərişıq” ASC-yə qarşı iddiası üzrə 10.03.2025-ci il saat 12-55-də müşavirə otağına gedib, hələ də qayıtmayan , müşavirə otağından növbəti iclas (?) təyin edən Vüsalə Musayevanın hakimliyinə verilib.Təbii ki, 1-ci dərəcəli qazi hakim Vüsalə Musayevaya etiraz edib, di gəl, etiraza da baxılmayıb. Heç işin aidiyyatı üzrə Nizami məhkəməsinə qaytarılması barədə ərizə, vəsatətlər də susqunluqla qarşılanıb. Qarabağ əlilinə zorla(axı qazi vəkillə təminatına ərizə verməyib!) vəkil edilən Ayaz Məmmədzadə də işin Nizamiyə qaytarılması barədə əlilin vəsatətini müdafiə etməyəcəyini (telefonla) bildirib. Şübhəyə düşən qazi elektron kabinetdə nə vəkilin orderini, nə müraciətini tapıb. Məhkəmə hakiminin bu “humanist”liyinin qazinin adına özünə, özbaşınalığına vəkil ayırmasından, “çəkişmə, tərəflərin hüquq bərabərliyi görüntüsü” yaratmaqdan qaynaqlanması təcrübədən bəllidir. “Humanistliyə”, 1-ci dərəcəli Qarabağ əlilinə “diqqət və qayğıya” baxın, bu hakimə hələ də müşavirə otağından qayıtmadan elan etmədiyi qətnaməsindən apellyasiya şikayəti vermək üçün dövlət hesabına vəkillə təminatına ərizə verən qaziyə imtina edilib, amma vermədiyi ərizə üzrə vəkil asanca ayrılıb !(?) Deyəsən, necə deyərlər “xoruzun quyruğu” görünür. Bu görüntüyə adını çəkmədiyimiz vəkil də aydınlıq gətirib. Heç demə, qazinin Nizami məhkəməsinə verdiyi 28.12.2024 tarixli ərizəyə 4 aydan sonra Nəsimi məhkəməsi elə “diqqətlə” baxıb ki, hətta əlilin 1-ci dərəcəli yox, 2-ci qrup əlil olduğunu “Elektron məhkəmə” sistemindən müəyyən edib. (??) Cinayətkar saxtalıq göz önündə olsa da, hakim Vüsalə Musayeva vəkillikdən- müdafiəçilikdən əl çəkməyib. Niyə də çəkilsin, ABB-nin qeyri-prosessual sifarişi elə cəlbedicidir ki, hələ özünə, özbaşınalığına dövlət hesabına vəkil də ayırıb. Və “məhkumun (?-heç demə iddiaçı qazi “məhkum” imiş) hüquqlarının müdafiəsində göstərdiyi “xidmətə” görə “paykovoy” vəkil Ayaz Məmmədzadə 77 manat büdcədən “pay” alıb. (“Paykovoy”un anlamını da bildik, büdcədən pay qoparanlara verilən vəkil adı imiş.- M.B.) Məhkəmə Hüquq Şurası bu qeyri-prosessuallığa, cavabdeh Azərbaycan Beynəlxalq Bankının məhkəməni, məhkəmənin isə vəkili dövlət hesabına özünə, özbaşınalığına vəkil etməsinə susub. BakıApellyasiya Məhkəməsində də iş 2 ilə yaxındır Qarabağ əlilinə qərəz xidməti göstərən Rafael Eyvazov, Fuad Musayev, Cəmilə Musayeva “cərimə hökmdarları”na verilib və yenə də etiraza, şikayətin dəlillərinə baxılmadan aşağı özbaşınalıq yüksəkdə saxlanılıb. Aşağıdan fərqli olaraq yüksək məhkəmə 1-ci dərəcəli Qarabağ əlilinə dövlət hesabına vəkil ayırmaqdan imtina edib. “Əsas” da 5 qabırğasını düşmən mərmisinin apardığı, xaricdə müalicəyə ehtiyacı olan 1-ci dərəcəli qazinin vəkilin kassasiya şikayətini yazmağa göstərmədiyi “order” xidmətinin haqqını ödəməyə imkanı çatması olub. (Görəsən bu imkanı məhkəmə “hökmdarları” necə müəyyən edir ki, biri ərizə verməyəndə “paykovoy” vəkil ayırır, o biri yox?) Buna da şükür, eyni heyət Fuad Abdıyevin “hökmdarlığı” ilə 6 ay qabaq hüquqi yardıma ərizə verdiyinə görə qazini yatağında 100 manat cərimə etmişdi. İndi yardımsız məhkəmə müdafiəsi, kassasiya hüququndan, həm də bütövlükdə məhkəmə təminatı hüququndan məhrum edilən Qarabağ qazisi Məhkəmə Hüquq Şurasının (MHŞ), baş prokurorluğun, ombudsmanın, MM-in, PA-nın, Heydər Əliyev Fondunun, ƏƏSMN-in, ... işə qarışmasına müraciət edib. 1-ci dərəcəli Qarabağ qazisinin dövlət hesabına vəkillə təminatından qərəzli imtinaya son qoyulacaqmı? Hələ ki, qərəz, ədalətsizlik, kənardan sifariş qüvvədədir. Özü də daha çox özbaşınalıq, qeyri-prosessuallıq edənlər daha da “yüksəlir”. Amma bu başqa qonudur. Yazını bitirək və MHŞ-nın, prokurorluğun, ombudsmanın bilə-bilə ədalətsiz məhkəmə aktı çıxarılmasına qiymətini gözləyək. “Məhkəmənin müstəqilliyi” kimi qiymətləndirilməyəcəyinə ümid işartısı var.. Məğrur Bədəlsoy - "DİA-AZ" Geri qayıt |