Əsas Səhifə > Manşet / Güney Press > Göyçay Xəstəxanasında KT aparatı 500 manata görə işləmir!
Göyçay Xəstəxanasında KT aparatı 500 manata görə işləmir!Dünən, 15:17 |
|
Göyçay sakini, ictimai fəal Məhəmmədəli Səmədov narazılıq edir. "DİA-AZ" onun müraciətini təqdim edir: "Göyçay Rayon Mərkəzi Xəstəxanasında kompüter tomoqrafiyası (KT) aparatı bir müddətdir sıradan çıxıb. Məlumata görə, aparatın təmiri üçün cəmi 500 manat lazımdır! Bu səbəbdən xəstələr müayinə üçün digər klinikalara yönləndirilir, vaxt və enerji itirirlər. KT-ni işlədən yeganə həkim Cavad Cavadov həm Skopia, həm də KT müayinələrini aparır – nəticədə növbələr uzanır, xəstələr əziyyət çəkir. Əvvəllər bu sahədə ayrıca mütəxəssis olsa da, sabiq direktor onu əsassız olaraq işdən uzaqlaşdırıb. TƏBİB və aidiyyəti qurumlardan xahiş olunur: KT aparatı təmir edilib istifadəyə verilsin və bu sahəyə ixtisaslı həkim təyin olunsun!" Geri qayıt |