Əsas Səhifə > Manşet / Güney Press / Üçüncü sektor > Masallıda əməlli-başlı `QAZ BAZARI` açıblar...
Masallıda əməlli-başlı `QAZ BAZARI` açıblar...Dünən, 10:50 |
|
"SOCAR "Azəriqaz" İstehsalat Birliyi... (Nazirlər Kabinetinin 30 saylı qərarı maddə 4.2) bəlkə araşdırasınız?" "DİA-AZ" xəbər verir ki, bu, Neftçilərin Hüquqlarının Müdasfiəsi Təşkilatının (NHMT) sədru, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlının müraciətində yer alıb.
Masallı sakini Xudu Kərimovun NHMT-yə ünvanlanan müraciətini işıqlandıran Mirvari Qəhrəmanlının açıqlamasında deyilir:
"Digər regionlarda eyni gündədir... Vətəndaş həyətində iki ev tikib və sonradan birini oğluna verib, hər iki evin "kupça"sı atanın adınadır.
Bu çəkiliş üçün texniki şərti Aərqaz İB verib, sonradan Lənkəran RM-nin baş mühəndisi Aqşin Ağayev bunu qanunsuz hesab edib.
İstifadədə olan sayğacı açdırıb, amma sonradan Masallı rayonu Xəlifələr kəndində bu cür sənədlə çəkiliş “qanuni “olub, səbəb çünki kənd sakinlərindən hər evə 4000 manat pul alınıb. Təkcə küçə xətlərin çəkmək üçün...
Sonradan da əlavə ödənişlə hər kəs öz evinə qaz çəkdirir...
Bu nə oyundur baş açmaq olmur..."
Geri qayıt |