Əsas Səhifə > Manşet / Cəmiyyət > Naxçıvanda şagirdin döyülməsi İŞİ: saxta izahatlar alınıb...
Naxçıvanda şagirdin döyülməsi İŞİ: saxta izahatlar alınıb...Bu gün, 10:38 |
|
Şərur rayonunda müəllimin 14 yaşlı şagirdi döyüb, saçından sürüməsi ilə bağlı məlumat ictimailəşdikdən sonra məsələ ilə bağlı araşdırma başlanılıb.
Döyülən şagirdin nənəsi Məqsudə Əkbərova deyir ki, məsələ işıqlandırıldıqdan bir neçə saat sonra yerli Təhsil Nazirliyinin 8 əməkdaşı hadisə baş verən Siyaqut kənd orta məktəbinə gəlib. Halbuki, bundan öncə dəfələrlə müraciət etsələr də, nazirlik bunu qulaqardına vurub.
Məqsudə Əkbərobanın bildirdiyinə görə, məsələnin araşdırılması göstərişi Bakıdan gəlib:
“İki maşın nazirlik əməkdaşı gəlmişdi. Dedilər ki, nariz Emin Əmurullayevin tapşırığıdır. Hələ, bizə utanmadan irad da bildirdilər ki, niyə ”Gündəlik Naxçıvan”a şikayət etmisiniz, xəbər edərdiz, özümüz həll edərdik. Guya bilmirdilər, dəfələrlə şikayət etmişdik.
Bizi ayrı danışdırdılar, direktoru, müəllimləri ayrıca. Ona görə də, müəllimlə bağlı nə qərar veriləcəyini bilmirik. Ancaq, onu bilirik ki, direktorun təzyiqi vasitəsilə müəllim və şagirdlərdən saxta izahatlar alınıb, hədə-qorxu ilə qol çəkilib. Yəqin ki, nazirlik bunu dərin araşdıracaq və günahkarları cəzalandıracaq
Şərur rayon Siyaqut kənd məktəbinin müəllimi Aygül Bayramovanın 14 yaşlı şagird Zəhra Verdiyevanı başına kitabla zərbələr endirib, saçından tutub sürüyüb, nalayiq söyüşlərlə təhqir etdiyi haqda məlumat vermişdik. Nənəsi Məqsudə Əkbərova deyir ki, oktyabrın 8-də baş verən hadisədən sonra nəvəsi fiziki və psixoloji travmalar alıb və bu səbəbdən məktəbə getmək istəmir.
Geri qayıt |