|
Azərbaycan Texnologiya Universitetinin "İqtisadiyyat və İdarəetmə" fakültəsinin İqtisadiyyat kafedrasının müdiri professor Natiq Cavadovun çirkin əməlləri... Bu haqda Yenixeber.org-a daxil olmuş yazıda bəhs edilir: Bu adıçəkilən ATU-nun professoru Natiq Cavadov nəinki kafedra müdirinə, hətta müəllim adını daşımağa belə layiq deyil. İki ilə yaxındır ki, kafedra müdiri təyin olunub. Onun kafedra müdiri təyin olunması özünün dediyinə görə, Universitetdə hər deyilənə əməl etməsi, hətta Univerditetin daxilində müxtəlif maddi ehtiyac olan yerlərin təmir etməsindən irəli gəlib. Sözügedən şəxs ATU-nun professoru Natiq Cavadov, Universitetin "Kafesini" bu yay təmir etdirib və icarəyə götürərək öz ata mülki kimi istifafə edir. Universitetin kafesinin təmirinə 60 min manat pul xərcləyən ATU-nun kafedra müdiri Natiq Cavadov, çox bacarıqlı professordu, onun rüşvətlə, korrupsiya əməlləri, ilə Ağdam Dövlət Sosial-İqtisadi Kollecində direktoru olandan tanışıq. Belə olan halda bir neçə sual yaranır. İki ildir Texnologiya Universitetində Kafedra müdiri işləyən Natiq Cavadov hansı maliyyə ilə Univetsitetin "Kafesini" təmir etdirib, icarəyə götürübdür. Axı professor Universitetdə "Elmi" işlə məğul olar, kafe götürüb dolayı-yolla pul qazanmaz. Professor Təhsil ocağının güzgüsüdür, elmi işlə, məqalə yazmaqla, assistent yetişdirməklə məşğul olar, N.Cavadov kimi əl güdməz. Texnologiya Universitetindən əldə etdiyimiz məlumatlara görə, Kafedra Müdiri Natiq Cavadov, Oktyabr ayının 23 də müəllimlərlə iclas edib. İclasda etik normaları pozaraq, qadın və kişi müəllimlərə kobud ifadələr işlədib. Müəllimlərdən biri iclas zamanı telefon vasitəsilə iclasın gedişatını səs yazısı kimi qeydə alıb, növbəti yazımızda həmin səs yazısını təqdim edəcəyik. Gələk yenə, Univetsitetin kafedra müdiri yox, ATU-nun Kafesinin müdiri plagiat Professor Natiq Cavadova. O, Cavadovdu ki, Ali Attestasiya Komissiyasının üzvüdür, bir çox şəxslərdən pul alaraq onların dissertasiyalarını AAK-dan keçirməyə söz verib. Hətta məlumatlara görə kafe müdiri plagiat professor Natiq Cavadov, toz basmış dissertasiyaların adlarını dəyişərək pul qarşılığında satır. Onda belə çıxır ki, bütün elmi əsərləri plagiatdan ibarət olan, N.Cavadovun professorluğu plagiatdır. Nəzərinizə çatdırırıq ki, qulluq mövqeyindən istifadə edən Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin sabiq direktoru Natiq Cavadov, Kollecin maddi-texniki bazası adı altında maliyyə pozuntusu etmişdir. Növbəti yazımızda plagiat Professorun Ağdam Dövlət Sosial- İqtisadi Kollecin direktoru olduğu zamanda maliyyə pozuntusunu, plagiat dissertasiyalarının aqibətindən yazı dərc edəcəyik... Ardı var...

Geri qayıt
|