Əsas Səhifə > Manşet / Gündəm > TKTA sədri anamın üzünə sillə vurdu
TKTA sədri anamın üzünə sillə vurduBu gün, 07:19 |
|
Azərbaycan vətənpərvəri, Şuşa şəhərində xidmət etmiş keçmiş hərbi qulluqçu Səfərov Pərviz Arzuman oğlu redaksiyamıza müraciət edərək Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) fəaliyyəti ilə bağlı ciddi iddialar səsləndirib. Onun sözlərinə görə, diplomunun tanınması ilə bağlı 4 ildən çoxdur davam edən proses süni şəkildə uzadılıb və nəticədə haqsızlıqla üzləşib. Dörd il sürən gözləmə və əsassız imtina Pərviz Səfərov bildirir ki, o, 2020-ci ildən etibarən Ukraynada yerləşən Avqustin Voloşin adına Karpat Universiteti tərəfindən verilmiş ali təhsil diplomunun tanınması üçün TKTA-ya müraciət edib. Lakin müraciət tam dörd il ərzində müxtəlif bəhanələrlə süründürülüb. Məhkəmə qərarı və TKTA-nın etirazı Səfərov bu qərarla razılaşmayaraq Gəncə İnzibati-İqtisad Məhkəməsinə müraciət edib. Məhkəmənin 29 iyul 2025-ci il tarixli E-2-1(114)-2526/2025 saylı qərarı ilə onun iddiası təmin olunub və diplomun tanınması haqqında şəhadətnamənin verilməsi öhdəliyi TKTA-nın üzərinə qoyulub. İddialara görə, Təcili Yardım gəlməzdən əvvəl Agentliyin rəhbəri anaya qarşı etikadan kənar rəftar sərgiləyib. Pərviz Səfərovun sözlərinə görə, TKTA sədri onun anasının üzünə sillə vuraraq “get, narahat olma, sənə kömək edəcəyəm” deyib. Hadisə baş verdiyi məkanın təhlükəsizlik kameralarına da əks olunub. Şuşada xidmət etdiyini bildirən Səfərov qeyd edir ki, hərbi xidməti dövründə bir çox fəxri fərman və təşəkkürnamələrlə təltif olunub. Səfərovun iddialarına görə, baş verən hadisələr təhlükəsizlik kameralarında əks olunub və bununla bağlı hüquq-mühafizə orqanlarının araşdırma aparması zəruridir. O, dövlət qurumlarından məhkəmə qərarının icrasını təmin etməyi, həmçinin anasına qarşı baş verən hərəkətlərin hüquqi qiymət almasını istəyir. Hadisə həm hüquqi, həm də mənəvi baxımdan ciddi suallar doğurur. Məhkəmə qərarının icrasından yayınma və vətəndaşa qarşı qeyri-etik davranış iddiaları dövlət orqanlarının fəaliyyətinə etimadı sarsıdır. Tehsil.Media Geri qayıt |