Əsas Səhifə > Manşet / Güney Press > AQTA yaxasını KƏNARA ÇƏKƏ BİLMƏZ...

AQTA yaxasını KƏNARA ÇƏKƏ BİLMƏZ...


Bu gün, 16:49

Dabaq xəstəliyinin geniş yayılması Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) fəaliyyətinə cəmiyyətimizin diqqətini bir az da artırıb.
Vaxtında qabaqlayıcı tədbirlərin görülməməsinə görə infeksiya ət təsərrüfatını, ət bazarını iflic halına salıb. Bu faciəli vəziyyətin yaranmasında Kənd Təsərrüfatı Nazirliyinin baytarlıq xidmətinin birbaşa günahı var.
Onlarla yanaşı AQTA da məsuliyyət daşıyır. Bu təşkilata vəziyyətə nəzarət etmək üçün səlahiyyət verilib.
Əhalinin qida təhlükəsizliyi mühüm sahə onlara etibar edilib. İş arayışa göz yumub möhür vurmaqdan ibarət olacaqdısa, bu işi əzəldən başqa qurumlar da görürdü. Daha yenisinə ehtiyac yox idi.
Əgər deyilən sahədə nəzərə çarpan dəyişiklik, təşəbbüs hiss olunmursa, deməli AQTA-nın işi səmərəsizdir.
Bu təşkilatlar işlərini əlaqəli şəkildə qursaydılar, heyvan təsərrüfatları heç vaxt hazırki acınacaqlı hallara düşməzdi.
Dabaq xəstəliyindən başqa, elə paytaxtda hər gün gördüyümüz dönərxanaların işinə fikir versək, AQTA-nın hərəkətsizliyi barədə təsəvvür yaranar.
Hər gün bu dönər hazırlanan məkanlara mənşəyi məlum olmayan ətlər, həmçinin toyuq hissələri gətirilir. Bu məhsullar xüsusi qaydada kəsilib xüsusi qaydada çeşidlənməli, saxlanma şəraitinə, daşınma şərtlərinə əməl olunmalıdır.
Amma çox az yerdə buna əməl olunur. Bunu da Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları çox yaxşı bilirlər. Amma heç nəyi “görmürlər”.
Eləcə də mağazalarda istifadə müddəti bitmiş məhsulları, küçə ticarətində yoxlanılmamış malların satışını, natəmiz, toz-torpaqlı yerlərdə qida satışını “görmürlər”.
Yenə dabaq xəstəyi mövzusunu davam etdirərək bununla əlaqədar üzə çıxmış bir məlumatı da qeyd edim. Məlum olub ki, virusun yayılmasının səbəbkarı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğullu Agentliyi imiş.
Həmin xidmət Gürcüstandan xeyli heyvan gətirərək məşğulluq proqramı üzrə fermerlərə, müraciət edənlərə verib. Gətirilən heyvanlar arasında xəstəlik olub. Bunu isə bilməyiblər.
Çünki heyvanlar baytar nəzarətindən keçirilmədən ölkəyə gətiriliblər. Bu faktı AQTA bilib, amma gizlədib.
Niyəsini özlərindən eşitmək istərdik.
Sima Babayeva - "DİA-AZ"

Geri qayıt