Əsas Səhifə > Manşet / Sosial > Naxçıvanda FHN sahibkarlara BELƏ ƏNGƏL OLUR...
Naxçıvanda FHN sahibkarlara BELƏ ƏNGƏL OLUR...Bu gün, 06:48 |
|
Naxçıvanda yerli məmurların monopoliyasında kənar fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində yoxlamalar başlayıb. Bu haqda „Gündəlik Naxçıvan“a sahibkarlar məlumat veriblər. Yoxlamanı aparan isə, FHN Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşlarıdır. Onların müxtəlif bəhanələr gətirərək, bir neçə məntəqəni bağladığı və ya fəliyyəninin məhdudlaşdırdığı bildirilir.
Sahibkarlar bildirirlər ki, əsassız bəhanələrlə bir neçə yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb, ya da məhdudlaşdırılıb:“Yanacaq monopoliyası nəzarəti tam ələ keçirmək istəyir. Monopoliyadan kənar 3-4 məntəqə var idi ki, onları da belə sıxışdırıb, aradan çıxarmaq istəyirlər. Əvvəlcə ucuz qiymətə satmaq təklif etdilər. Heç kim razılaşmadı, bu yolla ələ keçirmək istəyirlər. Guya yanğın təhlükəsizliyinə əməl edilmir deyib, möhürləyirlər.”
Bağlananlar arasında Naxçıvan şəhər Topçubaşov 34 ünvanında yerləşən Fərmail Hesüynova məxsus yanacaqdoldurma məntəqəsi də var.
Geri qayıt |