Əsas Səhifə > Manşet / Hadisə > Gəncə Regional Kollecdə rüşvət iddiası və intihara cəhd

Gəncə Regional Kollecdə rüşvət iddiası və intihara cəhd


Bu gün, 06:43

Gəncə Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Regional Kollecdə qalmaqallı hadisə baş verib. İddiaya görə, fortepiano müəlliməsindən dərs saatlarının verilməsi üçün rüşvət tələb olunub. Etiraz edən müəllimə isə təzyiqlərə dözməyərək intihara cəhd edib.

Gəncə Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Regional Kollecin köhnə musiqi məktəbinin binasında yerləşən korpusunda qalmaqallı hadisə baş verdiyi bildirilir.
Məlumata görə, həmin korpusun metodisti Tərlan Qayıbova kollecdə fortepiano müəllimi işləyən Hüseynova Mətanətə qarşı təzyiq göstərib. İddiaya əsasən, yeni təyin olunmuş direktor Xudiyeva Xoşqədəm Vidadi qızının göstərişi ilə Mətanət Hüseynovadan dərs saatlarının verilməsi üçün 1000 manat pul tələb olunub.

Mətanət Hüseynova bu tələbə etiraz edərək rəhbərliyə müraciət edib. Lakin 63 yaşlı metodist Tərlan Qayıbova barəsindəki şikayətlərə etibar edilməyib, müəllimənin sözlərinə isə ciddi yanaşılmayıb. Əksinə, o, direktor tərəfindən “yalan danışmaqda” ittiham olunub.
İddiaya görə, təzyiqlər və haqsız münasibət nəticəsində Mətanət Hüseynova 17 oktyabr 2025-ci il tarixində, günorta saatlarında direktorun otağında afekt vəziyyətində bir topa dərman içərək intihara cəhd edib.

Hadisə şahidlərinin sözlərinə görə, rəhbərlik vəziyyətə dərhal reaksiya verməyib və müəllimənin həyatını xilas etmək üçün lazımi tədbirlər görülməyib.

Məsələ ilə bağlı Gəncə Dövlət Universitetindən bildirilib ki, Regional Kollec universitetin nəzdində fəaliyyət göstərsə də, daxili məsələlərə universitet rəhbərliyinin müdaxilə səlahiyyəti yoxdur:
“Orada nə baş verirsə, buna görə əsas cavabdeh şəxs kollecin rəhbəri – Xoşqədəm Xudiyevadır,” – deyə GDU-dan bildirilib.

Hazırda hadisə ilə bağlı rəsmi araşdırmanın aparılıb-aparılmadığı barədə məlumat yoxdur.

BakuNews.az

Geri qayıt