Əsas Səhifə > Manşet / Hadisə > Hökməlidə Güləhməd özünə GÜL KİMİ dövran qurub...
Hökməlidə Güləhməd özünə GÜL KİMİ dövran qurub...25-10-2025, 09:27 |
|
Məqalə müəllifi daha sonra bildirir: "Məhz onun himayədarlığının nəticəsidir ki, Hökməlidə qanunsuz tikililərin sayı yağışdan sonra çıxan göbələklər kimi sürətlə artmaqdadır. Kənd icra nümayəndəsinin müavini olaraq kənddə heç bir quruculuq işi və ya yaşıllaşdırma həyata keçirməyən Güləhməd Xəlilov, əlaqədar dövlət qurumlarının müvafiq xəbərdarlıqlarına baxmayaraq öz əməllərindən əl məkmək istəmir. Vaxtiylə bələdiyyə sədri Hacı Mübariz tərəfindən əkilən ağacları da öz adına çıxan bu şəxs, yüksək gərginlikli elektrik xətlərinin altındakı əraziləri də qanunsuz tikililər üçün “açıq elan edib”. Halbuki, bu cür xətlərin altında tikintilərin inşası qanun pozuntusu olmaqla yanaşı, vətəndaşların həyatı baxımından da ciddi təhlükə deməkdir..." Geri qayıt |