Əsas Səhifə > Manşet / Ölkə > BU NƏDİ BELƏ: İmtahandan keçsən də, XEYRİ YOXDUR...

BU NƏDİ BELƏ: İmtahandan keçsən də, XEYRİ YOXDUR...


24-10-2025, 10:44

"Azəriqaz" İstehsalat Birliyinin Gəncə Regional Qaz İstismarı İdarəsinin Goranbay Xidmət Ssahəsində çalışan işçi haqsıqlıqla üz-üzə qalıb. "DİA-AZ" həmin işçinin gileyini təqdim edir:
"Mən Xəlilova Könül Tahir qızı 18 ildən artıqdır ki Azəriqaz İB-nin Gəncə RQii, Goranboy XS üzrə "Təbii qazın qəbulu və satışı şöbəsində" 10 dərəcəli mühəndis vəzifəsində çalışıram. Bizdə struktur dəyişikliyi oldu və mən imtahan verib keçdim.
Adım İnsan Resurslarından gələn siyahıda yer almışdı və iclas keçirildi ordan gələn nümayəndə ✅Murad məllim dedi ki adın gəlib 11-ci dərəcəli mühəndis olubsan.
Sonra bir gecənin içində reqionalin müdiri Şirinov Hüseyin adımı siyahıdan çıxartdı, başqa adamları yerləşdirdi.
Mən onun qəbuluna gedib deyəndə ki məni niyə çıxartdın, məni otaqdan qovdu və hədə-qorxu gəldi....
 Mənim 20 min manatlıq bank kreditim var və öhdəmdə azyaşlı uşağım var.
Mən imtahan zamanı lazım olan balı yığmışam, qiymətlənməm verilib və amma buna baxmayaraq bir gecədə adım siyahıdan silindi... Etiraz üçün getdim reqional idarənin müdirinin yanına və əvəzində o da məni qovdu..."
"DİA-AZ" qeyd edir ki, bu müraciəti ictimailəşdirən Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı özbaşınalıq edən məmurları qınayaraq aşağıdakı reaksiyanı verib:
"Cəzasızlar! Amma Vallah zamana ehtiyac duyulur.... Ölkədə gedən son proseslər də bunu təsdiq edir.
Yəqin cənab rəis elə düşünür ki, ona etibar olunan kreslo atasından miras qalıb. Yoxsa ölkə qanunvericiliyini pozub qadına qarşı haqsızlıq və kobudluq etməzdi. Bir yandan da, hələ yaxşı ki döyməyib!.."

Geri qayıt