Əsas Səhifə > Manşet / Gündəm > Zaur Cəfərovdan işçilərə qarşı DİSKRİMİNASİYA SİYASƏTİ...
Zaur Cəfərovdan işçilərə qarşı DİSKRİMİNASİYA SİYASƏTİ...18-10-2025, 09:10 |
Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin Dalğıc Xidmətinin rəisi Zaur Cəfərov da neçə müddətdir ki, SOCAR strukturlarında müşahidə olunan qanunsuz İXTİSAR dalğasına qoşulub. "DİA-AZ" xəbər verir ki, Bu barədə növbəti işçi gileyini ictimailəşdirən Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı xüsusi açıqlama ilə çıxış edib.İlk əvvəl işçinin müraciətini təqdim edirik: Azneft İB Dalğıc Xidmətindən işçi yazır ki:
"Rəis Zaur Cəfərov İki gündür yığıb işçiləri və onlara məcburi ərizə yazdırır. Qorxudur ki, ərizə yazmayanlar imtahan ediləcək..."
"DİA-AZ" bildirir ki, bununla bağlı NHMT sədri M.Qəhrəmanlı SOCAR prezidenti Rövşən Nəcəfə xitabən yazır:
"Vəzifə səlahiyyətindən sui istifadə edərək, yaşlı işçilərə psixoloji təzyiq, şantaj edərək( imtahanla ) onları işdənçıxma ərizəsi yazmağa məcbur etmək işgəncənin bir növü deyilmi ?
İşçini imtahanla qorxutmaq-həmin "imtahanların" necə keçiriləcəyinə artıq bir mesaj deyilmi?
Bu yaşlı insanlara qarşı diskriminasiya deyilmi?
Qeyd: Bilmək olmaz sizlər 60-yaşına çatacaqsınızmı? Onu Allah bilər!.."
Geri qayıt |