Əsas Səhifə > Manşet / Siyasət > Rövşən Nəcəfdən `MOZALAN`VARİ İSLAHAT...

Rövşən Nəcəfdən `MOZALAN`VARİ İSLAHAT...


17-10-2025, 09:55

SOCAR-ın hazırki rəhbərliyinin sözügedən quruma aid strukturlarda həyata keçirdiyi "islahat dalğası" total narazılıqla müşaiyət olunmaqdadır. Bu narazılıqlar və narazılıqların aidiyyatı qurum və şəxslər tərəfindən qulaqardına vurulması bir yana, günü-gündən daha da absurd xarakter alması prosesin başında dayananların ciddi təfəkkür problemi yaşadıqlarını da əıks etdirir. Hər halda anlaşılanı budur. Elə aşağıda açıqlanan faktda olduğu kimi...

"DİA-AZ" xəbər verir ki, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı özünün sosial şəbəkə hesabında olduqca ilginc bir faktı ictimailəşdirib. NHMT sədri yazır:

"Bəs bu “beynəlxalq standartlara” görə, bir xadimə məzuniyyətə çıxarsa, idarənin sanitar qovşaqlarını kim təmizləyəcək? Mühəndislərmi, çilingərlərmi, yoxsa rəhbərlik özü?

SOCAR Azəriqaz İB -nin rayon qaz xidmət sahələrində istehsalat otaqlarını təmizləyən əməkdaşların (yəni sadə dildə desək, xadimə və süpürgəçilərin) ştat cədvəli üzrə sayı 2 ştatdan 1 ştata endirilib. Bununla da təxminən 80 nəfərin ixtisarı gözlənilir.
Maraqlıdır, “Azəriqaz” İB rəhbərliyi dəfələrlə bildirib ki, ştat cədvəli beynəlxalq standartlara əsasən tərtib və təsdiq edilir. Bəs bu “beynəlxalq standartlara” görə, bir xadimə məzuniyyətə çıxarsa, idarənin sanitar qovşaqlarını kim təmizləyəcək? Mühəndislərmi, çilingərlərmi, yoxsa rəhbərlik özü?
Necə olur ki, ✅bir müşavir məzuniyyətə çıxanda onun əvəzinə 2-3 müşavir əvəzedici olur, amma xadimə işçisi üçün belə imkan yaradılmır? Ədalət prinsipinin qorunması üçün bu məsələyə obyektiv yanaşmaq zəruridir.
Qeyd: Hələlik bəndə cəzasından yayina bilirsiniz, bəs Allah cəzasından necə, yayına biləcəksiniz?"
***
Bildirək ki, Rövşən Nəcəfin bu islahatları bizə məşhur "Mozalan" satirik kinojurnalının bir buraxılışını əməlli-başlı xatırlatmış oldu...

Geri qayıt