Əsas Səhifə > Manşet / Cəmiyyət > 35 manatlıq saatı 90 manata satmaları bir yana...

35 manatlıq saatı 90 manata satmaları bir yana...


Bu gün, 10:02

"Şikayətim "Birmarket"dəndir... Harda zay, xarab, işləməyən məhsul var, yığıb satırlar... Bir şey olanda da, deyirlər bizlik deyil... "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Zöhrab Məsih adlı istifadəçi gileylənir.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "90 manata aldığım saat cəmi 15 gün işlədi. 15 gündən sonra xarab oldu.
Nə yerə düşüb, nə də heç nə etməmişəm... bax beləcə... durduğu yerdə dayandı saat. Mexaniki saatdır, deyirəm, saat xarab olub, deyir 15 gün keçdisə, bizlik deyil, biz 15 gün zəmanət veririk...
Yəni, əsas məhsulu satıncadı... satdıqsa, daha bizlik deyil.
Mənim işim onsuz da düzələn deyil, sadəcə tövsiyyə məqsədilə yazmışam ki, bu cür dələduzlardan məhsul almayın. Hələ saatı alınca başıma açdıqları oyunu yazsam, dastan olar. Əsəbinizə və pulunuza heyfiniz gəlsin.
Onu da qeyd edim ki, 90 manata satdıqları həmin saatı "tiktok"da 35 manata gördüm... yalvarırdı satan adam..."

Geri qayıt