Əsas Səhifə > Manşet / Gündəm > Saxta diplomlu MƏKTƏB DİREKTORU...
Saxta diplomlu MƏKTƏB DİREKTORU...Bu gün, 12:04 |
Valideynlərdən pul yığılması ilə gündəmə gələn Nizami rayonundakı 250 nömrəli məktəbin direktoru Əliyeva Gülanə Bayandur qızının diplomunun saxta olduğu iddia edilir.
"DİA-AZ" Qaynarinfo-ya istinadən xəbər verir ki, o, 2015-ci ildə fəaliyyəti dayandırılan Azərbaycan Müəllimlər İnstitutunu bitirib. İddialara görə, Gülanə Əliyeva sözügedən ali məktəbə Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi qəbul imtahanından kənar qəbul olunub.
![]() Qeyd edək ki, Gülanə Əliyeva 02 avqust 2023-cü ildə 250 nömrəli tam orta məktəbin direktoru təyin edilib. Məsələ ilə bağlı onunla əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.
![]() DİM-in mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə isə bildirdi ki, bu cür fərdi məlumatlar yalnız məhkəmə qərarı ilə ictimaiyyətə açıqlana bilər:
“Ya da diplomu verən Elm və Təhsil Nazirliyinə müraciət edə bilərsiniz”.
Geri qayıt |