Əsas Səhifə > Manşet / Ölkə > Vətəndaş xəbəri olmadan borclanır...
Vətəndaş xəbəri olmadan borclanır...Bu gün, 10:42 |
"2013-cü ildə "Nikoil bank"dan - indiki "Yelo Bank"dan kreditlə öz adıma maşın aldım və..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Hüquqşünaslar" sosial qrupundakı paylaşımda giley olunur.
Narazı vətəndaş daha sonra bildirir: "Daha sonra maşını başqa şəxsə satdım. Amma krediti də... maşını da onun adına keçirmədim.
Həmin şəxs isə krediti ödəmədiyi üçün gecikməyə düşdü və başqa adama satdı maşını.
12 ildən sonra məhkəmədən icra sənədi gəldi və bildirildi ki, maaşımdan 50% kreditin pulu tutulacaq...
Mənim iştirakım olmadan məhkəmə qərarı da çıxarıblar..."
Geri qayıt |