Əsas Səhifə > Manşet / Ölkə > Məhkəməyə versə də... FAİZ YÜKÜ DURMADAN ARTIR...
Məhkəməyə versə də... FAİZ YÜKÜ DURMADAN ARTIR...Bu gün, 12:02 |
Narazı vətəndaş daha sonra bildirir: "Keçən ayın 1-də birinci məhkəmə iclası olub. Bu ayın 12-də ikinci məhkəmə. İddia ərizəsində göstərilən məbləğ ümumi 6522 manatdır. "Unibank"ın tətbiqində isə hər gün artır borc faizi... Artıq bu rəqəm şişib 7152 manat olub..." "DİA-AZ" bildirir ki, əslində vətəndaşa "Unibank" tərəfindən əsassız faiz yükü əlavə olunur. Bu barədə açıqlama verən hüquqşünas Məmmədov Səlimov məsələyə belə aydınlıq gətirir: "Əslində məhkəməyə müraciət edilən gündən faiz hesablanması dayandırılmalıdır. Vətəndaş məhkəməyə bankın əsassız faiz yazdığı üçün vəsatət verməlidir ki, borc yenidən hesablansın, yekun qərar iddia tələbindəki 6522 manata görə veriləcək". Geri qayıt |