Əsas Səhifə > Manşet / Siyasət > "Axı niyə fəhləyə qul kimi baxırlar?.."
"Axı niyə fəhləyə qul kimi baxırlar?.."Bu gün, 09:55 |
"SOCAR Azəriqaz İB Gəncə Reqional Qaz İstismar İdarəsinin işçisi Şahməmmədov Amil hesab edir ki, onun əmək hüquqları pozulub və bununla əlaqədar o, ölkə başçısından və SOCAR prezidenti cənab Rovshan Najaf-dən kömək istəyir..." "DİA-AZ" xəbər verir ki, bunu öz sosial şəbəkə hesabında tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri (NHMT) Mirvari Qəhrəmanlı qeyd edib.
O daha sonra müraciətini belə davam etdirir: "Azərbaycan Respublikasnın prezidenti hörmətli cənab İlham Əliyev və Dövlət Neft Şirkətinin prezidenti Rövşən müəllimin diqqətlərinə...
Mən Goranboy rayon Xoylu kənd sakini, Şahməmmədov Amil Maarif oglu Gəncə Regional Qaz İstismarı İdarəsinin Dəliməmmədli şəhərində 5 - ci dərəcəli Qaz Təsərrüfatı Nəzarətçisi işləyirəm. 22.07.2025 ci il tarixində Azəriqaz İ.B-də struktur dəyişkənliyi ilə əlaqədar təkrarən test imtahanından 20 suala 17 düzgün cavab verərək, imtahandan keçmişəm. 16.09.2025 ci il tarixində mənə zəng edərək bildirdilər ki, sənin dərəcən 5-dən 4-ə enir mən etirazımı bildirdikdə isə mənə dedilərki,
![]() İşlədiyim müddət ərzində heç bir nöqsanım və töhmətim olmayıb. Onu da qeyd etmək isytəyirəm ki, məndən az bal yığan bəzi işçiləri 4 dən
![]() Cənab prezident hər çıxışında neftçilərə xüsusi diqqət və qayğı göstərilməsini bildirsə də, bəzi qurumlarda çalışan idarə heyəti biz neftçilərin huquqlarını kobud surətdə pozur.
Axı niyə fəhləyə qul kimi baxırlar və hüquqlarını taptalayırlar. Sizlərdən xahiş edirəm, bir azərbaycanlı olaraq bu haqsızlıga son qoyulsun. İndi kimin dayısı və yaxın qohumu varsa, onlar nəzərə alınır.
Mənim isə güvəndiyim və ümid yerim olan Dəmir Yumruqlu Sərkərdəm Ulu Öndər Heydər Əliyev ailəsinin davamçısı olan dahi şəxsiyyət, tarix yazan prezidetim cənab İlham Əliyev var. Mən inanıram ki, bu məktubdan sonra mənim hüquqlarım bərpa ediləcək, və bu qərar bir ailənin sevincinə çevriləcək..."
Geri qayıt |