Əsas Səhifə > Manşet / Cəmiyyət > Archico MMC-yə İTTİHAM: Möhür vurduqları müqavilədən imtina etdilər...
Archico MMC-yə İTTİHAM: Möhür vurduqları müqavilədən imtina etdilər...Bu gün, 09:41 |
"Azərbaycanda özünü professional mühəndislik kimi təqdim edən "ArchiCO Engineering Company Archico MMC" adlı bir şirkət var. Bu şirkət Zabitlər bağı yanında yerləşən "Evim Residence"-in tikintisi və satışı ilə məşğul olur..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında giley olunur.
Narazı vətəndaş daha sonra bildirir: "Azərbaycanda olduğum qısa məzuniyyət ərəfəsində, şirkətdə çalışan yaxın dostumuzla məsləhətləşdikdən sonra, avqust ayının 20-i tarixində bu şirkətin verdiyi yalançı vədlərə inanıb, şərtləri razılaşdırıb (1 kvadratmetrinə 3000 AZN olmaqla), Archico şirkətinin möhürü də olan 2 otaqlı mənzilin alqı-satqısı ilə bağlı müqaviləyə imza atmışam və 70 min AZN məbləğində ilkin ödəniş etmişəm.
Üstündən bir neçə həftə keçəndən sonra şirkət nümayəndəsi ilə əlaqə saxlayanda isə o, mənə qiymətlərin 3000 AZN-dən 3500 AZN-ə qalxması səbəbindən satışın baş tutmayacağını, şirkət direktorunun möhür olmasına baxmayaraq müqaviləni imzalamadığını bildirmiş və ofisə yaxınlaşaraq pulu geri götürməyimi xahiş etmişdir.
Mən də öz növbəmdə məsələyə etirazımı bildirmiş, məsələ ilə bağlı şirkət rəhbərliyinə müraciətlər etmişəm. Təəssüf ki, nə müştərilərinə, nə də öz işçilərinə hörmət qoyan bu şirkət mənə qarşı olan qeyri-qanuni və qeyri-etik davranışlarına davam etmiş, mənzilin satışından imtina etmiş, əvəzində isə mənə müqavilə ilə verilən və küllü miqdarda ilkin ödəniş alınan mənzili daha baha qiymətə satışa çıxarmışdır.
Geri qayıt |